Orta Eqorlık çayı[1] — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Əmtə çayı Qərbi Manıç çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 129 km, hövzəsinin sahəsi isə 2358 km² təşkil edir. İllik su sərfiyyatı 0,7 m³/s təşkil edir. İlin bir necə ayı tamamən quruyur. Üzərində çoxlu sayda su tutarı vardır. Çay sistemi: Orta Eqorlık çayı → Qərbi Manıç çayı → Don.
Orta Eqorlık çayı | |
---|---|
rus. Средний Егорлык | |
Ölkə | Rusiya |
Mənsəbi | Qərbi Manıç |
Uzunluğu | 129 km |
Su sərfi | 0,7 m³/s |
Hövzəsinin sahəsi | 2358 km² |
DSR[ru] | 05010500712107000017283 |
Yuxarı axarlarında elə də dərin olmayam yataqla axır. Aşağı axarlarda isə yatağı genişlənir. Kumo-Manıç çökəkliyi ilə axaraq Proletarskoe su anbarına tökülür. İnzibati cəhətdən Rostov vilayətinin Eqorlık, Çelinski, Salski rayonları ərazidindən axır.
Çay əsasən atmosfer yağıntıları ilə qidalanır. Qidalsnmasında qar suları üsrünlük təşkil edir. Yaz ayları qarın əriməsi ilə suyunun səviyyəsi artır. İlin qalan zamanı sanki bir arxı vatırladır. Bir-iki ay isə tamamən quruyur. Yenidən axarlar davamlı yağışlardan sonra bərpa olunur. İllik su sərfiyyatı mənsəbdən 19 km yuxarıda 0,7 m³/s təşkil edir.