Ortoqanal

ortoqanal düzbucaqlı

'ortoqonal, düzbucaqlı - orthogonal

  • Düz bucaq altında görüşmə. Məsələn, üçölçülü fəzada x oxu (X-AXIS), y oxu (Y-AXIS) və z oxu (Z-AXIS) ortoqonaldır. Düzbucaqlı qutunun tilləri ortoqonaldır.
  • Bütün kombinasiyalarda istifadə olunabilən. Məsələn, əgər ölçü və rəng obyektin ortoqonal atributlarıdırsa, istənilən rəng ilə istənilən ölçü birləşdirilə (əlaqələndirilə) bilər.

Ortoqonallıq ALGOL və bir sıra proqramlaşdırma dillərinin layihələndirilməsində mühüm məqsədlərdən biri olub. Məsələn, əgər dildə həm massivlər, həm də göstəricilər varsa, ortoqonallıq naminə massivlər massivinin (ARRAYS OF ARRAYS), göstəricilər massivinin (ARRAYS OF POINTERS), massivlərə göstəricilərin (POINTERS TO ARRAYS) və göstəricilərə göstəricilərin (POINTERS TO POINTERS) olması da vacibdir.


  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Orthogonal