Ortoseratoidealar

Ortoseratoidealar (Orthoceratoidea) — başıayaqlı molluskaların məhv olmuş formalarını əhatə edən, həcmcə böyük olmayan yarımsinifi. Qabıq adətən 1m-ə yaxın düz, azacıq əyilmiş, hamar, bəzən bəzəkli olur. Arakəsmələr linzavari — çökəlmiş, arakəsmə xətləri, demək olar ki, düz olur. Sifon ensiz, mərkəzi və ya submərkəzi vəziyyət tutur; septal borular düz, çox hallarda qatlanmış olur. İki dəstəyə (Orthoceratiada Pseudorthoceratida) bölünür. Ordovik — trias.

Ortoseratoidealar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ortoseratoidealar
Beynəlxalq elmi adı
  • Orthoceratoidea
  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.