Orxan Xəlilov

Avropa Astronomiya Cəmiyyətinin üzvü

Orxan Xəlilov
Xəlilov Orxan Vaqif oğlu
Doğum tarixi (42 yaş)
Doğum yeri Şamaxı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri Astrofizika və ulduz astronomiyası
Elmi dərəcəsi Astronomiya üzrə fəlsə doktoru
Mükafatları AMEA Fizika –Riyaziyyat və Texnika Elmləri Bölməsinin “Fəxri Fərmanı”, 2015-ci il.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Optik diapazonda aparılmış çoxillik spektral müşahidə materialları əsasında T Tau ulduzunun Hβ, H və K CaII şüalanma xətlərinin ekvivalent enlərində 33±1.5 günlük kvaziperiodik dəyişmə aşkar edilmişdir. T Tau ulduzunun UB spektrinin şüalanma xətlərində də həmin kvaziperiodla dəyişmə aşkar edilmişdir. Aşkar edilmiş kvaziperiodik dəyişmə ulduz diskində yerləşən aktiv oblast ilə bağlı ola bilər.
  • Müəyyən edilmişdir ki, AB Aur ulduzunun spektrində Hα, Hβ şüalanma xətlərinin profilləri bənövşəyi qanadda, HeI λ5876Å xəttində isə qırmızı qanadda aktiv dəyişmələr baş verir. AB Aur ulduzunun 1978–1992-ci illərdə alınmış UB spektrlərinə əsasən göstərilmişdir ki, bəzi udulma xətlərinin, o cümlədən, MgII λ2800Å, FeII və b. xətlərinin intensivlikləri 6.1±0.1 günlük periodik dəyişmələr göstərir. Hidrogen və helium şüalanma xətlərinin ekvivalent enlərinin həmin periodla sinxron dəyişməsi, şüa sürətlərinin isə onlarla əks fazada dəyişməsi aşkar olunmuşdur.
  • AB Aur ulduzunun 1986-cı ildən bəri alınmış bütün spektrləri əsasında üç spektral xəttinin Hα, HeI və NaI ekvivalent enlərinə görə LaflerKinman metodu ilə P=123.7±0.3 günlük periodik dəyişmə aşkar edilmişdir.[1]

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  • Khalilov O. V., Ismailov N. Z., "The emission spectrum variability of AB Aur", B. V. Kukarkin Centenary Conference: Variable Stars, The Galactic Halo And Galaxy Formation. Zvenigorod, Russia. 2009, p.71–73.
  • Khalilov O. V., Ismailov N. Z., Guliev N. K., Herbst W., "Periodic variability in the emission spectrum of T Tauri", Astronom. Astrophys., 2010, v. 511. p.7
  • Khalilov O. V., Ismailov N. Z., "Spectral observations of AB Aur", Odessa Astron. Publ., 2010, v.23.
  • Khalilov O. V., Ismailov N. Z., Shustarev P. N., Guliev N. Kh., "Periodic variations in the emission spectrum of T Tauri", Astron. Reports., 2010, v. 54.
  • Халилов О. В., Исмаилов Н. З.,Бахаддинова Г. Р., Шабанова З. Ф., Алимерданова Ф. Н., Адыгезалзаде А. Н. "Линии водорода и гелия в спектре IL Cep", Вестник БГУ, 2012, № 3.
  • Халилов О. В., Исмаилов Н. З., "Быстрая переменность оптического спектра AB Aur", Астрон. Журн. Азербайджана., 2012, № 1.c.13–23.
  • Халилов О. В., Исмаилов Н. З., Бахаддинова Г. Р., Микаилов Х. М., "Спектральная переменность IL Цефея", Астрофизический Бюллетень, 2013, т. 68, № 2.
  • Khalilov O. V., Ismailov N. Z., Bahaddinova G. R. Mamedxanova G. B., "Planet Formation Processes in AB Aur", ASP Conference Series, 2015, v.494.
  • Khalilov O. V., Ismailov N. Z., Bahaddinova G. R. "He I 5876 Line Structure in the Spectra of IL CEP A", Odessa Astronomical Publications, 2015, vol. 28.
  • Khalilov O. V., Ismailov N. Z., Bahaddinova G. R. "Optical Spectrum Variations of IL Cep A", Astronomy Reports Vol. 60, No.2, 2016.[1]

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

[redaktə | mənbəni redaktə et]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

AMEA Fizika –Riyaziyyat və Texnika Elmləri Bölməsinin "Fəxri Fərmanı", 2015-ci il.

  1. 1 2 "Arxivlənmiş surət". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.