Orxomenos[1] (yun. Ορχομενός) — Yunanıstanda kiçik qəsəbə, Mərkəzi Yunanıstanın periferiyasında Boetiya periferik vahidində eyniadlı icmanın (dim) inzibati mərkəzi. . Qədim Orxomena şəhərinin yerindədir. Dəniz səviyyəsindən 100 metr hündürlükdə, Kifisosun sol sahilində, Levadiyadan 11 kilometr şimal-şərqdə və Afinanın mərkəzindən 86 kilometr şimal-qərbdə yerləşir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 5,238 nəfərdir. Sahəsi 43,431 kvadrat kilometrdir.
Orxomenos | |
---|---|
38°29′35″ şm. e. 22°58′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |