Oskar Schindlerin Emaye Fabriki

Oskar Schindlerin Emaye Fabriki, Krakov, Polşa
Qonaq dəftəri. Nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, Artıq müharibə etməyi öyrənməyəcəklər
Xatirə lövhəsi Şindlerin Krakovdakı Emaliya fabriki

Oskar Schindlerin Emaye Fabriki (pol. Fabryka Emalia Oskara Schindlera) Krakovdakı keçmiş metal məmulatları fabrikidir. İndi iki muzeyə ev sahibliyi edir: Krakovda Müasir İncəsənət Muzeyi, keçmiş emalatxanalar üzərində və Krakov Şəhərinin Tarix Muzeyinin filialı, Zablocie rayonunda, Lipowa küçəsi 4, keçmişin inzibati binasında yerləşir. Oskar Schindlerin Deutsche Emailwarenfabrik (DEF) kimi tanınan mina fabriki, Schindlerin siyahısı filmində göründüyü kimi. DEF-dən əvvəl burada fəaliyyət göstərən, 1937-ci ilin martında yaradılan ilk Malopolska emaye qablar və metal məmulatları Məhdud Məsuliyyətli Cəmiyyəti idi.

Oskar Şindler fürsətləri dəyərləndirən bir çox iş adamları kimi o da Almaniyanın Polşanı işğal edəcəyi təqdirdə yaranacaq iş imkanlarını görürdü. Şindler Nasist Almaniyasının aryanlaşdırma siyasəti daxilində yəhudi sənayeçi Nathan Wurzelin Krakowdakı fabrikinin sahibi oldu. Şindler, Wurzelin tövsiyəsinə uyaraq fabrikinin adını DEF (Deutsche Emmaillevvaren Fabrik) etdi və minalar istehsal etməyə başladı. Yəhudi mühasibçi İtzhak Stern köməkliyi ilə 1000 nəfər Yəhudini kölə-fəhlə fabrikində işlətməyə başladı. Stern və Şindler ilk tanışlıqları zamanı Şindler ona əlini uzatmış, amma Stren onun əlini sıxmamışdır. Şindler bunun səbəbini soruşduqda Yəhudi olduğunu söyləmiş və bir Yəhudinin bir Almanın əlini sıxmasının qadağan olunduğunu demişdir. Şindler ona bir Alman arqo termini olan "Scheiße" (lənət olsun) cavabı olmuşdur. İlk başlarda Şindlerin motivasiyası pul olmuşdur. Dəfələrlə ixtisassız işçilərini əslində fabrik üçün önəmli biri olduğunu iddia etmişdir. Yəhudi iş adamını saxlamış, ancaq sonralar bütün işçilərini maddiyatı hesabına qorumağa başlamış, onların əsassız öldürülməsi və s. hallarda Şindlerin şikayətlərə və hökumətdən təzminat tələblərinə yol açmışdır.

1942-ci ildə Krakow gettosuna edilən Yəhudi axına şahidlik edən Şindler, əsgərlərin buradakı yəhudiləri toplayıb Krakow-Plaszow düşərgəsinə daşınma proseslərin görmüşdür. Şindler, özü üçün çalışan bir çox Yahudinin öldürmə səhnəsi görüb dəhşətə gəlmişdir. Şindler, təkidi sayəsində "Şindlerin Yəhudiləri" (Schindlerjuden) olaraq tanınan işçilərini qorumaq üçün böyük bir şücaət göstərmişdir. Şindler DEF-də çalışan Yəhudiləri qurtarmaq üçün çox zaman qeyri-adi yollara baş vurmuşdur. Çox zaman şəxsi karizmasını və insanların sevgisini qazanma özəlliyindən istifadə, lazım olan zamanlarda isə "yaltaqlıq" etmişdir. Eric Silverin Ədalətlinin Kitabı (The Book of Just) kitabında bir hadisədən bəhs edir:- "İki Gestapo gələrək onun ofisinə girdilər və saxta polşalı sənədlərə sahib beş nəfərlik bir ailənin təslim edilmələrini istədilər. İçəri girmələrindən üç saat sonra Şindler dedi: -"İki sərxoş Gestapo, məhbusları və tələb etdikləri günahlandırıcı sənədlər olmadan ofisimdən çölə çıxdı. Şindlerin həmçinin gettodan uşaqları çölə çıxarıb, polşalı rahiblərə təslim etdiyi və rahiblərin uşaqları Nasistlərdən saxladıqları və ya onları xristian yetimlər olaraq təqdim etmələri də bilinir. Plaszowun komandanı Amon Göth ilə 700 Yəhudini yaxınlıqdakı bir fabrikə daşınmasında razılıq əldə olunmuş, beləliklə onları Alman gözətçilərinin yarada biləcəyi təhlükədən uzaqlaşmaları üçün şərait yaratmışdır. 1942-ci il iyun-oktyabr arasıda Nasistlər gettoda 17000 əsirdən 14000-nü Belzec ölüm düşərgəsinə yollamışdır.