Osman Sınav

Osman Sınav (1956, Burdur, Türkiyə) — Türk rejissor, senarist və reklam yazıçısı. Məşhur Dəli ürəkQurdlar Vadisi seriallarının rejissoru olub.

Osman Sınav
Doğum tarixi
Doğum yeri Burdur, Türkiyə
Vətəndaşlığı
Həyat yoldaşı Tangül Sınav
(e. 1985–b. 2016)
Uşaqları Yusif Ömər Sınav
Ayşəgül Sınav
Mehmet Kənan Sınav
Fəaliyyəti Rejissor
Reklam yazıçısı
Ssenarist
Təhsili İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası
IMDb ID0801543

Osman Sınav 1956-cı ildə Türkiyənin Burdur şəhərində anadan olub. 1975-ci ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm fakültəsini bitirən Sınav, Tekstil dizaynı ilə də maraqlandığı üçün 1977-ci ildə həmin məktəbin Tətbiqi Sənətlər Liseyinin Tekstil dizaynı şöbəsinə daxil olub. İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası Kino və Televiziya İnstitutunda da təhsil alan Sınav, 1979-cu ildə məzun olub.

Peşəkar karyerasına Man Ajans-da mətn yazarı kimi başlayan Sınav, reklamçılıq karyerasına daha sonra 1980–1984-cü illərdə Qrafika Lintas adlı ajansda davam edib. Mətn yazarlığı ilə yanaşı, yaradıcı qrupun prezidenti olan Sınav, 1984-cü ildə Sinegraf Film şirkətini qurdu. Yazdığı 500-ə yaxın reklam filmi və kampaniya ilə uzunmüddətli reklam təcrübəsinə 1987-ci ildə son qoyan Sınav, artıq sadəcə kino proyektləri üzərində çalışmaq istəyirdi.

Televiziya serialları və uzun metrajlı filmləri başladan rejissor, həmin il baş rolları Haluk Qurdoğlu və Alov Sezərin olduğu Bir Məhərrinin ölümü adlı telefilm üçün kamera arxasına keçib. Daha sonra 1989-cu ildə İlhami Algörlə ssenarisini yazdıqları Hünkarın Bir Günü gəldi. 1990-cı ildə "Yalançı Şəfəq", "Kiçik dünya" və "Sevgiyə kimsə yoxdur" filmlərini çəkən Sınav, 1993-cü ildə Super ata adlı teleserialın rejissorluğunu etdi.

1994-cü ildə Mehmet Aslantuğa ən yaxşı aktyor, Sınava isə ən yaxşı rejissor yolunda Qızıl Portağal qazandıracaq Yalançı filmini çəkdi.

Mələk mənzili, mavi xəyallar və isti saatlar kimi digər seriallarada imza atan rejissor, 1998-ci ildə əvvəllər birlikdə işlədiyi Mehmet Aslantuğ və Ayşəgül Aldinçin baş rollarda oynadığı Gerilla filmini tamaşaçılara təqdim etdi. Tomris Oğuzalp filmdəki rolu ilə ən yaxşı köməkçi qadın aktrisa kimi Qızıl Portağal mükafatının sahibi oldu.

Kənan İmirzalıoğlunu kəşf edən rejissor, onun güclü bir üzü olduğunu düşünürdü. İmirzalıoğlu–Sınav tərəfdaşlığı 1998-ci ildə Dəli ürək adlı teleserial ilə başladı. 2001-ci ildə filmi üçün kamera arxasına keçən Sınav, Dəli ürək: bumeranq cəhənnəmi ilə uğur qazandı.

2002-ci ildə Savaş Dinçəlin də aralarında olduğu aktyor heyəti ilə Çörək qayığına imza atan Sınav, Qurdlar Vadisinində 55-ci bölümünə qədər rejissorluğunu və prodüserliyini etdi. Mafiya və dərin dövlət oxunda inkişaf edən münasibətlər üzərində qurulu olan serialın rejissorluğunu, başqa proyektlərlə maraqlanmaq üçün buraxdığını deyib.

O, "Qapıları açmaq"ın yeni versiyası və Mətin Ərksanın klassik "Acı həyat" filmi üçün kamera arxasında olub.

Osman Sınav son olaraq rejissorluğundan başqa prodüseri də olduğu, Fatih Akının "Qısa və acısız" adlı filmindən tanınan Mehmet Qurtuluş və Dogville, The Batman kimi filmlərdə də rol almış Udo Kierin də aralarında olduğu aktyor heyəti ilə, Pars: gilas əməliyyatını yayımladı.

2012-ci ildə özəl tədbir ilə MSGSÜ kino və televiziya fakültəsindən məzun olub.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1985-ci il də Tangül Sınav ilə evlənib və bu evlilikdən Yusif Ömər Sınav, Ayşəgül Sınav və Mehmet Kənan Sınav adında 3 övladı olub. 2016-cı il də həyat yoldaşından ayrılıb.[1]

Filmoqrafiya
İl Adı Növ Ssenarist Film istehsalçısı Film rejissoru Qeydlər
2022 Yalnız Qurd Teleserial ✅Y
2022 Gəl desə sevgi Teleserial ✅Y
2018–2019 Sən anlat qaradəniz Teleserial ✅Y ✅Y
2016 Nə olar ayrılaq Teleserial ✅Y
2016 Şahanə bəy Teleserial ✅Y
2015–2016 İnadına sevgi Teleserial ✅Y ✅Y
2014 Xətasız qul olmaz Teleserial ✅Y
2014 Qızıl alma Teleserial ✅Y ✅Y
2013 Sevgi qırmızı Film ✅Y
2012 Uzun Hekayə Film ✅Y
2009–2013 Sakarya Fırat Teleserial ✅Y ✅Y
2011 Aramızdakı divar Teleserial ✅Y
2010 Qılınc günü Teleserial ✅Y ✅Y
2008–2010 Doludizgin illər Teleserial ✅Y ✅Y
2009 Məsumlar Teleserial ✅Y
2009 Alayına İsyan Teleserial ✅Y ✅Y
2008 Pars: Narkoterror Teleserial ✅Y ✅Y
2007 Pars: gilas əməliyyatı Film ✅Y
2007 Pusat Teleserial ✅Y
2005–2007 Acı həyat Teleserial ✅Y
2005 Qapıları açmaq Teleserial ✅Y
2003–2004 Qurdlar Vadisi Teleserial ✅Y ✅Y
2002–2004 Çörək qayığı Teleserial ✅Y ✅Y
2001 Dəli ürək: bumeranq cəhənnəmi Film ✅Y
2000–2003 Həyat bağları Teleserial ✅Y ✅Y
1998 Dəli ürək Teleserial ✅Y
1996 Erenler məhəlləsi Teleserial ✅Y
1995 Gerilla Film ✅Y
1994 Super ata Teleserial ✅Y
1993 Yalançı Film ✅Y
1992 Qapıları açmaq Film ✅Y
1991 Sevgi kimsə yox Film ✅Y
1990 Kiçik dünya Teleserial ✅Y
1987 Bir Mühərririn ölümü Teleserial ✅Y
  1. ""Osman Sınav 31 yıllık eşinden boşandı"". haberturk.com (türk). 14 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]