Osmanlının geriləmə tezisi

Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan[1] Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah.

Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər.[2]

1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular.

Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər.[3]

Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə baxmayaraq, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər hallarda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır.

Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi. O, fikirlərini 1958-ci ildə XX əsrin ortalarında şərqşünas alimlərin əsas rəyinə çevrilən "Osmanlı İmperatorluğunun tənəzzülünə dair bəzi fikirlər" məqaləsində vermişdir. Ancaq məqalə indi çox tənqid olunur və müasir tarixçilər tərəfindən dəqiq hesab edilmir. Lewisin fikirləri belə idi:

Osmanlı İmperatorluğunun ilk on sultanı (Osman I dən Möhtəşəm Süleymana qədər) mükəmməl şəxsi keyfiyyətlərə sahib idilər, Süleymandan sonra gələnlər istisnasız olaraq "səriştəsizlər, pisləşənlər və uyğunsuzluqlar" Kafes ardıcıllıq sisteminin nəticəsidir; bununla da sülalə knyazları taxta çıxmazdan əvvəl əyalət hökumətində təcrübə qazana bilmədilər. Yuxarıdakı yanlış rəhbərlik hakimiyyətin bütün qollarında çürüməyə səbəb oldu: bürokratiya səmərəli fəaliyyətini dayandırdı və qeydlərinin keyfiyyəti pisləşdi. Osmanlı ordusu gücünü itirdi və döyüş bölgəsində məğlubiyyətlər yaşamağa başladı. Avropa hərbi elminin irəliləmələri ilə ayaqlaşmağı dayandırdılar və nəticədə ərazi itkiləri verdilər. Osmanlı dövləti və cəmiyyəti daim genişlənməyə tərəf getdikcə, yeni fəthlərə nail ola bilməmələri imperiyanı Avropa ilə yeni münasibətlərinə uyğunlaşa bilmədi.

  1. Hathaway, Jane. The Arab Lands under Ottoman Rule, 1516–1800. 2008. səh. 7-8. ISBN 978-0-582-41899-8.
  2. Süleyman Demirci. OSMANLI TÜRKİYE'SİNDE EŞKIYA, DEVLET VE SİYASET. 2012. səh. 184. ISBN 9786054539239.
  3. Süleyman Demirci. OSMANLI TÜRKİYE'SİNDE EŞKIYA, DEVLET VE SİYASET. 2012. səh. 73. ISBN 9786054539239.