Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan — 1757-ci ildə Plassey döyüşü ilə başlayan və 2 avqust 1858-ci ildə Britaniya Parlamenti tərəfindən qəbul edilən Hindistan Hökuməti Qanunu ilə ləğv edilmiş administrasiyadır. Bu qanunla şirkətin siyasi statusu ləğv edilmiş və onun yerinə Müstəmləkə Hindistanı yaradılmışdır.
Tarixi dövlət | |||||
Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Kəlkətə | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Plassey döyüşündən sonra Britaniya Ticarət Şirkəti olan Şərqi Hindistan Şirkəti şirkət statusundan hökumət statusuna yüksəldilmişdir. Müharibədən əvvəl şirkətin şəxsi ordusu mövcud idi. Şirkətin Ordusunun 1764-cü ildə Buxar döyüşündə qalib gəlməsi ilə Babur İmperatoru II Şah Alam Şirkətə Benqal, Bihar və Orissa əyalətlərində vergi yığmaq imtiyazını vermişdir.
Daha sonra şirkət ordusu tədricən Mədrəs və Bombey rayonlarını ozinəy ilhaq etmişdir. İngilis-Maratx müharibələri və İngilis-Maysor müharibələri ilə Şirkət Hindistanda bir çox torpaqları özünə ilhaq etmişdir.
1857-ci ildəki Hindistan üsyanından sonra 2 avqust 1858-ci ildə Britaniya hökuməti Şirkətin Nizamnaməsini ləğv etmək qərarına gəlmişdir. Şərqi Hindistan Şirkətinin siyasi statusu 2 avqust 1858-ci ildə Britaniya parlamentində qüvvəyə minmiş Hindistan hökuməti aktı ilə ləğv edilmişdir. Bundan sonra Müstəmləkə Hindistanı hökuməti yaradılmışdır. Şirkətin ticarət fəaliyyəti isə 1873-cü ilə qədər davam etmişdir. Şərqi Hindistan şirkəti 1873-cü ildə tamamilə ləğv edilmişdir.