Ot yığını

Ot yığını

Ot yığını — təbii ekosistemlərdə rast gəlinən, otlaqlarda yaşıl yem, bağlarda dekorativ ot kimi istifadə edilən təbii bitki.[1][2][3] Qırtıckimilər ailəsindəndir və çəmən şəklində deyil, top-top şəklində yığılmış düz çəmənliklərdə rast gəlinir. Adətən bir mövsümdən çox yaşayırlar.

Bir çox növün kökləri 2 metr və ya daha çox olur. Bu yolla maili yerlərdə torpağı eroziyadan qoruyurlar. Onun kökləri digər bitkilərə nisbətən daha dərin və nəm yerlərə çata bilir. Onlar həşəratlar (kəpənəklər daxil olmaqla), quşlar, xırda heyvanlar və daha böyük ot yeyənlər üçün yaşayış yeri təmin edir və torpağı süni şəkildə qidalandırırlar. Onun yarpaqları yerli xalqlar və müasir rəssamlar tərəfindən səbət toxuması kimi məqsədlər üçün istifadə olunur.

  1. R. H. Groves, R. D. B. Whalley "Grass and Grassland Ecology in Australia" in Flora of Australia Volume 43 Poaceae 1: Introduction and Atlas, CSIRO Publishing, Canberra.
  2. Crampton, Beecher. "Grasses in California. University of California Press. Berkeley. 1974. ISBN 0-520-02507-5. p. 7 Walker, T. W. 1955 "The Ecology of Tussock Grasslands: Discussion" Proc. NZ Ecol. Soc 3:7 "One fifth of New Zealand carries tussock or bunch grass vegetation, more than other steppes, prairies, or grasslands of the world"
  3. Walker, T. W. 1955 "The Ecology of Tussock Grasslands: Discussion" Proc. NZ Ecol. Soc 3:7