Ovidiu Çerneutsyanu

Ovidiu Çerneutsyanu (rum. Ovidiu Cernăuţeanu) — əsasən özünün Avroviziya ləqəbi Ovi kimi tanınan 23 avqust 1974 doğumlu Rumıniya mənşəli Norveç müğənnisi.

Ovidiu Çerneutsyanu
rum. Ovidiu Cernăuţeanu
Ümumi məlumatlar
Doğum adı Ovidiu Çerneutsyanu
Ləqəbləri Ovi, Ovidiu Yakobsen, Ovi Martin
Doğum tarixi (50 yaş)
Doğum yeri Botoşani, Rumıniya
Milliyyəti Rumıniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, prodüser
Fəaliyyət illəri 2008-indiyə kimi
Janr pop
Musiqi alətləri piano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ovidiu Çerneutsyanu Paula Selinq ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb[1]. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub.

1 Mart 2014-cü ildə Paula Selinq və Ovinin "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi[2].

  1. "Paula Seling & Ovi – Playing With Fire (Romania 2010) | Participant Profile | Eurovision Song Contest – Malmö 2013". Eurovision.tv. 2010-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  2. "Paula and Ovi to represent Romania!". Eurovision.tv. 1 Mart 2014. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]