Ox (V mövsüm)

"Ox" teleserialının beşinci mövsümünün premyerası The CW telekanalında 5 oktyabr 2016-cı ildə təqdim edilmiş və 24 may 2017-ci ilə kimi davam etməklə 23 seriyanı ehtiva etmişdir. Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlıqla mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarından bəhs edən teleserial digər Ox Kainatı serialları ilə eyni dünyanı paylaşır. Beşinci mövsümün şourannerləri Mark Quqqenhaym və Vendi Merikl olmuşlar. Əsas personaj Oliver Kuinni canlandıran Stiven Amellə yanaşı serialın əsas aktyor heyətinə Con Diql rolu ilə Devid Ramsi, Teya Kuinn rolu ilə Uilla Holland, Felisiti Smok rolu ilə Emili Bett Rikards və Kventin Lens rolu ilə Pol Blektorn daxildir. Yeni mövsümdə daha əvvəlki seriyalarda formalaşmış əsas aktyor heyətinə Körtis Holt rolu ilə Exo Kellum və Prometey rolu ilə Coş Segarra qoşulmuşlar.


V Mövsüm
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəABŞ ABŞ
Seriya sayı23
Ekranlaşdırma
Orijinal kanalThe CW
Orijinal efir5 oktyabr 2016 (2016-10-05) – 24 may 2017 (2017-05-24)
Mövsüm xronologiyası
← Əvvəlki
IV mövsüm
Sonrakı →
VI mövsüm
Ox teleserialının seriyaları

Milyonçu-pleyboy Oliver Kuinn (Stiven Amell) gəmi qəzası nəticəsində Şimali Çin dənizindəki sirli Lian Yu adasına düşüb beş il orda vaxt keçirdikdən sonra vətəri Starlin-sitiyə (sonradan Star-sitiyə dəyişdirilir) qayıdaraq cinayətkarlığa qarşı mübarizəyə başlayır. Beşinci mövsümdə Oliver yeni qisasçılar dəstəsini yetişdirir. Dəstəyə Vəhşi köpək ləqəbli Rene Ramirez (Rik Qonzales), Cənab Terrifik ləqəbli Körtis Holt, Artemida ləqəbli Evelin Şarp (Medison MakLaflin) və Reqmen ləqəbli Rori Reqan (Co Dinikol) daxildir. Oliver yeni mövsümdə həm də yeni Qara bülbül olan polis xəfiyyəsi Dayna Dreykin (Culianna Harkavi) təlimi ilə məşğul olur. Oliver qiasasçılıq və yeni vəzifəsi olan şəhər meri səlahiyyətlərini tənzimləməyə çalışır. Beşinci mövsümdə Oliverin əsas düşməni kimi onun keçmişi ilə əlaqəsi olan təhlükəli cinayətkar Prometey təqdim edilir. Oliver eyni zamanda Dünya-2-dən Lorelin bənzəri olan cani Qara sirena (Keti Kessidi) ilə mübarizə aparmalı olur. Fleşbeklərdə Oliverin ölmüş hesab edildiyi beş il ərzində Rusiyanın cinayətkar dəstələrindən olan Bratvaya qoşularaq cani Konstantin Kovarla (Dolf Landqrin) əlaqə yaratması göstərilir. Burada o, Taliya əl-Qul (Leksa Doiq) ilə tanış olur və məşq etdirilir.

11 mart 2016-cı ildə serial beşinci mövsüm üçün yenilənmiş və 5 iyul 2016-cı ildə Vankuver, Britaniya Kolumbiyası, Kanada ərazisində yeni mövsümün çəkilişlərinə başlanılmışdır. 2017-ci ilin aprelində mövsümün çəkilişləri tamamilə bitirilmişdir. Beşinci mövsüm tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Bu mövsümdə Ox Kainatı üçün ənənəvi olan üçüncü krossover hadisəsi baş tutmuşdur. Hadisədə Ox Kainatının Fleş, Sabahın əfsanələriSupergörl serialları da iştirak etmişlər. Beşinci mövsüm 18 sentyabr 2017-ci ildə DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır. 8 yanvar 2017-ci ildə serialın altıncı mövsüm üçün uzadıldığı elan edilmişdir.

seriya mövsümBaşlıqRejissorSsenari
müəllifi
Orijinal yayım tarixiProd.
kodu
İzləyicilər – U.S.
(mln)
931 Miras Ceyms BemfordHekayə: Qreq Berlanti
Ssenari: Mark Quqqenheym və Vendi Merkil
5 oktyabr 2016 (2016-10-05)T27.132011.87[1]
Demien Darkın məğlub edilsə də son qarşılaşmada Ox dəstəsinin ən vacib üzvlərindən biri – Lorel həlak olur. Diql və Teya dəstəni tərk edirlər və Ox dəstəsi süqut edir. Oliver ilk günlərində olduğu kimi təkbaşına Star-siti küçələrində mübarizə aparır. Lakin, günbəgün o, özünü daha çətin vəziyyətdə hiss edir, çünki cinayətkarlığa qarşı mübarizə ilə yanaşı Oliver həm də şəhər meri vəzifəsini icra edir. Felisiti yeni dəstə təşkilini təklif etsə də, şəhərdə Tobias adlı yeni supercaninin peyda olmasına kimi bu təklifə qarşı çıxır. Tobiasla ilk qarşılaşmadan sonra Oliver yalnız yeni dəstənin köməyi ilə şəhərdə təhlükəsizliyi təmin edə biləcəyini anlayır. 
942 Yeni seçilənlər Ceyms BemfordSpid Vid & Bet Şvartz12 oktyabr 2016 (2016-10-12)T27.132021.94[2]
Ox dəstəsinə yeni qəbul edilən Körtis Holt, Evelin Şarp və “Vəhşi it” ləqəbi ilə tanınan Ceyson Siborn Star-siti küçələrində cinayətkarlara qarşı müarizə aparmaq üçün can atırlar. Lakin, əvvəlcə onlar Oliver Kuinin rəhbərliyi ilə hazırlıq keçməlidirlər. Lakin Oliverin mürəkkəb hazırlıq tədbirləri heç də hər kəsin ürəyincə deyil. Fleşbeklərdə Oliverin “Bratva”da ithaf ayini keçdiyi göstərilir. 
953 Etibar məsələsi Qreqori SmitBen Sokolovski & Emilio Orteqa Oldriç19 oktyabr 2016 (2016-10-19)T27.132031.79[3]
Oliverin yeni komandası şəhər küçələrində hökm sürən zülmkarlara qarşı gecə ovuna çıxır. Lakin, Oliver komandanın mübarizə hazırlığına sona qədər əmin deyil. Vəhşi köpək şəhərdə yeni peyda olmuş Qarret Rannels adlı narkotacirə qarşı təkbaşına mübariəyə başlayır. Oliver Vəhşi köpəyi ölümdən xilas etməli olur. 
964 Kəffarə Dermott DounsBrayan Ford Sallivan & Oskar Balderrama26 oktyabr 2016 (2016-10-26)T27.132041.87[4]
Diqql üçün vacib olan bir məsələnin həll edilməsi üçün Oliver və Layla birlikdə səyahət edirlər. Felisiti onların nə planlaşdırdığını bilir, lakin, baş verəcəklərdən ehtiyat edir və onlara kömək etməyəcəyini bildirir. Oliverin Star-sitidə olmadığı müddətdə şəhərdə peyda olan Tobias Çörç cinayətlər törətməyə başlayır. Felisiti çətin seçim qarşısında qalaraq, Yaşıl Oxun iştirakı olmadan gəncləri cinayətkarla mübarizəyə aparmağa qərar verməli olur. 
975 Canlı hədəf Laura BelsiOskar Balderrama & Sara Tarkoff2 noyabr 2016 (2016-11-02)T27.132051.61[5]
Tobias Çörç Oliverin yeni dəstəsinin üzvlərindən birini əsir alır. Əsiri xilas etmək üçün Oliver, köhnə tanışlarından birinə - Canlı hədəf adlı Kristofer Çensə müraciət etməli olur. Detektiv Melounun müdaxiləsindən sonra Felisiti çətin vəziyyətə düşür. 
986 Hər şey yenicə başlayır Con BerinqVendi Merikl & Brayan Ford Sallivan9 noyabr 2016 (2016-11-09)T27.132061.95[6]
Prometeyin əməlləri daha iki insanın ziyan çəkməsinə səbəb olur. Oliver başa düşür ki, Prometeydən zərər görən bütün insanlar bu və ya digər dərəcədə Oliverin keçmişi ilə əlaqədə olan şəxslərdir. Həqiqət ortaya çıxdıqda, Ox dəstəsinin üzvləri dəstə rəhbərinin keçmişdə muzdlu qatil olduğunu öyrənirlər. Teya və Felisiti gözlənilməz adamlara etibar edirlər. 
997 Viqilant Qordon VerhulBen Sokolovski & Emilio Orteqa Oldriç16 noyabr 2016 (2016-11-16)T27.132071.86[7]
Star-sitidə özünəməxsus təhlükəsizlik və ədalət anlayışı olan yeni qisasçı peyda olur. O, cinayətkarlara dərs verərək cəsədlərini polislərə təqdim edir. Oliver və onun dəstəsi naməlum qisasçını taparaq dayandırmağa çalışır. Diql komandada tutduğu yeni yerdən məlum deyil. Teya Lensin sirrini öyrənir. Fleşbeklərdə Oliver və Konstantin Kovar üz-üzə gəlirlər. 
1008 İşğal! Ceyms BemfordHekayə: Qreq Berlanti
Ssenari: Qreq Berlanti və Vendi Merikl
30 noyabr 2016 (2016-11-30)T27.132083.55[8]

Ox, Fleş, SupergörlSabahın əfsanələri serialları arasında krossover seriyasıdır.

Oliver gözünü yeni reallıqda açır, bu reallıqda o, taleyini dəyişən gəmiyə minməmişdir. Valideynləri isə sağ-salamatdır. Lorel Lens sağdır və nişanlısı kimi toya hazırlaşır. Hər şey ideal görünsə də, Oliver bəzi xırdalıqların real olmadığını hiss edir. Bu arada Ox dəstəsinin yeni üzvləri Felisiti, Fleş və Supergörllə birlikdə yadplanetlilərin hücumuna qarşı mübarizə aparırlar. 
1019 Bizdən sonra qalanlar Antonio NeqretVendi Merikl & Bet Şvartz7 dekabr 2016 (2016-12-07)T27.132091.94[9]
Prometeyin Körtisə hücumundan sonra aydın olur ki, düşmən Ox dəstəsinə daxil olan hər kəsin əsl adını bilir və hər biri ilə ayrılıqda məşğul olmağa hazırlaşır. Felisiti və xəfiyyə Meloun Prometey və Oliverin keçmişi arasında əlaqə tapırlar. 
10210 Kimsən sən? Qreqori SmitBen Sokolovski & Brayan Ford Sallivan25 yanvar 2017 (2017-01-25)T27.132101.68[10]
Prometeyin əslində haqlı olduğunu düşünən Oliver istənilən ümid işığı axtarışındadır və bu işığı möcüzəvi şəkildə qayıdan Loreldə tapır. Lakin, xəfiyyə Melounun qətlinin təsiri altında olan Felisiti hələ də Prometeyin qarşısını almaq üçün yollar axtarır. Bu zaman həbsxanada olan Diql həyatı üçün mübarizə aparır. 
10311 İkinci şanslar Mark BantinqSpid Vid & Sara Tarkoff1 fevral 2017 (2017-02-01)T27.132111.91[11]
Şəhəri Kovarın əsarətindən xilas etmək üçün Oliver Taliya əl-Qula müraciət etməli olur. Lakin, Taliya bu xidmət qarşılığında nə istədiyini dedikdə, Oliver belə bir köməyə ehtiyacı olmasından şübhələnir. Felisiti Diqqlı həbsxanadan xilas etməyə çalışır, lakin ona ciddi müqavimət göstərilir. Yeni peyda olan qisasçı Tina Bolende qarşısına çıxan hər kəsi məhv edir. 
10412 Bratva Ben BrayOskar Balderrama & Emilio Orteqa Oldriç8 fevral 2017 (2017-02-08)T27.132121.61[12]
Oliver, Felisiti və Ox dəstəsi Rusiyaya səfər edərək, Oliverin köhnə tanışı Anatoli ilə görüşürlər. Bu arada reabilitasiya mərkəzindən çıxan Lens meriyada işə qayıtmağa çalışır. Onunla müsahibə keçirən Syuzen Lensin suallara cavab verməməsindən şübhələnir və bu, Renenin diqqətini cəlb edir. 
10513 Silahın ruhunu Kristin UindellMark Quqqenhaym15 fevral 2017 (2017-02-15)T27.132131.66[13]
Naməlum şəxslər Starlinq-siti meriya binasına hücum edir. Oliver Kuin baş verən hadisənin qisasçı Yaşıl Ox tərəfindən deyil, şəhər meri kimi rəsmi şəkildə araşdırılmasını təklif edir. Meriya binasına hücum bir çox şəhər sakinlərində qorxu yaradır, Reneyə isə keçmişdə ailəsində baş vermiş hadisəni xatırladır. Fleşbeklərdə Renenin necə “Vəhşi köpək” adlı qisasçıya çevrilməsi göstərilir. 
10614 Günah yeyən Meri LambertBarbara Blum & Cenni Linn22 fevral 2017 (2017-02-22)T27.132141.54[14]
Oliver gənc qızı yeni yaradılmış komandaya cəlb etməyə çalışır. Lakin, onu detektiv Melounun qətlinə görə həbs etməyə çalışırlar. Bu arada, Lens həbsdən qaçışa görə məsuliyyət hiss edir, Uorner isə onun Demien Darkla birlikdə işləməsi haqqında eşitdiyini deyir. 
10715 Pazı pazla çıxararlar Maykl ŞultzSpid Vid & Ben Sokolovski1 mart 2017 (2017-03-01)T27.132151.60[15]
Qisasçı Oliverə hücum etmək üçün ən uyğunsuz zamanı seçir. Oliver bir tərəfdən xidmətin yaratdığı çətinliklərə uyğunlaşmağa çalışır, bu arada isə Qisasçı ona yaxınlaşmaq üçün ətrafdakı hər şeyi məhv edir. Günahsız adamların əziyyət çəkməsinə yol verməmək üçün, Diqql hər şeydən uzaqlaşaraq yalnız Qisasçı ilə mübarizə aparmalı olur. Heliksə qeyri-sağlam bağlılığına görə Felisitinin mənəvi düşkünlüyü artmağa davam edir. Dostları belə ona kömək etməkdə köməksizdir. 
10816 Şah və mat Ken ŞeynBet Şvartz & Sara Tarkoff15 mart 2017 (2017-03-15)T27.132161.53[16]
Oliver Prometeyin hardan peyda olduğunu öyrənməyə çalışır. Lakin hər dəfə sirrə gedən yolda fərqli maneələrlə qarşılaşır. Felisitinin heyət daxilində təsir gücü zəifləyir və ümumi işə fayda vermək imkanı azalır. Heliks açıq şəkildə ona deyir ki, gələcəkdə onların köməyinə ümid etməyə bilər. 
10917 Kapüşon Kevin TançaroenBrayan Ford Sallivan & Emilio Orteqa Oldriç22 mart 2017 (2017-03-22)T27.132171.38[17]
Oliverin inancını sındırmaq üçün Prometey əlindən gələn hər şeyi etməyə hazırdır. Həmişə Oliverin tərəfində olmuş Anatoli gələcəklə bağlı fikirlərini bölüşür. Oliverin aqressiv və həddən artıq qığılcımlı davranışı onu qorxudur və bunun nəticələrinin Oxun imici üçün pis olacağını düşünür. 
11018 Oyundan kənar JJ MakaroRebekka Bellotto29 mart 2017 (2017-03-29)T27.132181.55[18]
Promoetyi birdəfəlik məhv etmək məqsədi ilə Oliver Bratvaya müraciət edir. Lakin, onun bu addımı komanda üzvləri tərəfindən dəstəklənmir və Diqlla mübahisəyə gətirib çıxarır. Komanda hər an parçalana bilər və bu arada Felisiti Heliks haqqında qorxuducu məlumat öyrənir. 
11119 Təhlükəli əlaqələr Coel NovoaSpid Vid & Elizabet Kim26 aprel 2017 (2017-04-26)T27.132191.36[19]
Edrian Çeyzi həbs edə bilmək üçün, Oliver yalnız komanda üzvləri ilə deyil, eyni zamanda polislə də güclərini birləşdirir. Heliks də öz köməyini təklif edir: onun əlində Çeyzihəbs etməyə yetəcək kifayət qədər faktlar var, lakin, məlumatları paylaşmaq üçün o, özünəməxsus bir qiymət tələb edir. Onu tələbini yerinə yetirmək üçün Felisiti qanunu pozmalıdır. 
11220 Gizlilər Vendi StanzlerVendi Merikl & Bet Şvartz3 may 2017 (2017-05-03)T27.132201.36[20]
Oliver və Felisiti yeraltı bunkerdə qapalı qalırlar. Oradan sağ çıxa bilmək üçün hər iki qəhrəman aralarındakı fikir ayrılığı ilə bağlı problemi aradan qaldırmalıdır. Diql və Layla hərbi problemlərlə üzləşməli olurlar. 
11321 Atalarınızı yad edin Lora BelsiMark Quqqenhaym & Sara Tarkoff10 may 2017 (2017-05-10)T27.132211.65[21]
Oliver, bu və ya digər dərəcədə Adrian Çeyzin məsələsi ilə əlaqəli olan bir neçə cinayətkarı azadlığa buraxmalı olur. Bu arada Oliverin ofisinə naməlum konteyner gətirilir. Konteyner içindən betonlanmış cəsəd tapılır. 
11422 İtmişlər Mayrzi AlmasSpid Vid & Oskar Balderrama17 may 2017 (2017-05-17)T27.132221.44[22]
Oliver ad gününü qeyd etməyə hazırlaşır. Felisiti xüsusi mərasim təşkil edir. Rene ovladına himayədarlıqla əlaqəli məhkəməyə gəlmir və onun bu davranışı Lensi narahat edir. Çeyə kömək etmək istəyən Qara Sirena şəhərə qayıdır. 
11523 Lyan Yu Cessi UornVendi Merikl & Mark Quqqenhaym24 may 2017 (2017-05-24)T27.132231.72[23]
Oliver və Edrian Çeyz nəhayət ki, qarşılaşırlar. Onları Lyan Yu adasında qəddar döyüş gözləyir. Oliver bir zamanlar qəddar düşməni hesab etdiyi canilərdən komanda yığmağa çalışdığı müddətdə, Çeyz şəhərdəki ən satqın insanlara, o cümlədən, Evelin Şarpa müraciət edir. 

Ox Kainatı ilə əlaqələri

[redaktə | mənbəni redaktə et]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

Ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]
  1. Porter, Rick. "'Empire', 'Survivor', 'SVU', 'Chicago PD' adjust up, 'Black-ish' adjusts down: Wednesday final ratings". TV by the Numbers. October 6, 2016. November 9, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  2. Porter, Rick. "'Empire' and 'The Goldbergs' adjust up: Wednesday final ratings". TV by the Numbers. 4 fevral 2022. October 16, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
  3. Porter, Rick. "'Blindspot' and 'Frequency' adjust down, full debate numbers: Wednesday final ratings". TV by the Numbers. October 20, 2016. October 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  4. Porter, Rick. "'Survivor', 'SVU', ABC comedies adjust up, 'Designated Survivor' adjusts down: Wednesday final ratings". TV by the Numbers. October 27, 2016. October 28, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  5. Porter, Rick. "'Survivor' adjusts up, CMAs hold vs. World Series: Wednesday final ratings". TV by the Numbers. November 3, 2016. November 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  6. Porter, Rick. "'Black-ish' adjusts down, others hold: Wednesday final ratings". TV by the Numbers. November 10, 2016. November 11, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  7. Porter, Rick. "'Goldbergs' and 'Speechless' adjust up, 'Black-ish' adjusts down: Wednesday final ratings". TV by the Numbers. November 17, 2016. November 18, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  8. Porter, Rick. "'Empire' adjusts up, 'Black-ish' adjusts down: Wednesday final ratings". TV by the Numbers. December 2, 2016. December 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2022.
  9. Welch, Alex. "'Modern Family' adjusts up: Wednesday final ratings". TV by the Numbers. December 8, 2016. December 9, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  10. Porter, Rick. "'SVU' and 'Modern Family' reruns adjust up: Wednesday final ratings". TV by the Numbers. January 26, 2017. January 26, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  11. Porter, Rick. "'The Goldbergs' rerun adjusts up: Wednesday final ratings". TV by the Numbers. February 2, 2017. February 3, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  12. Porter, Rick. "'Goldbergs', 'Modern Family', 'Blindspot' adjust up, 'Black-ish' adjusts down: Wednesday final ratings". TV by the Numbers. February 9, 2017. February 10, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  13. Porter, Rick. "'Speechless' adjusts up, 'SVU' and 'Blindspot' adjust down: Wednesday final ratings". TV by the Numbers. February 16, 2017. February 17, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  14. Porter, Rick. "'Lethal Weapon', 'The Goldbergs' and 'Speechless' adjust up: Wednesday final ratings". TV by the Numbers. February 24, 2017. February 25, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  15. Porter, Rick. "'The Goldbergs' and 'Criminal Minds' adjust up: Wednesday final ratings". TV by the Numbers. March 2, 2017. March 3, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  16. Porter, Rick. "'The 100' adjusts down: Wednesday final ratings". TV by the Numbers. March 17, 2017. March 17, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  17. Porter, Rick. "'Law & Order: SVU' adjusts up: Wednesday final ratings". TV by the Numbers. March 23, 2017. March 24, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  18. Porter, Rick. "'Modern Family,' 'Survivor' and 'Chicago PD' adjust up: Wednesday final ratings". TV by the Numbers. March 30, 2017. March 31, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  19. Porter, Rick. "'Survivor' and 'Black-ish' adjust up: Wednesday final ratings". TV by the Numbers. April 27, 2017. April 28, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  20. Porter, Rick. "'Empire,' 'Modern Family,' 'Criminal Minds,' 'Chicago PD' adjust up, 'The 100' adjusts down: Wednesday final ratings". TV by the Numbers. May 4, 2017. May 5, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  21. Porter, Rick. "'Empire,' 'Modern Family,' 'Criminal Minds' finale, 'Chicago PD' & 'Speechless' all adjust up: Wednesday final ratings". TV by the Numbers. May 11, 2017. May 11, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  22. Porter, Rick. "'Empire,' 'Blindspot' finale adjust up: Wednesday final ratings". TV by the Numbers. May 18, 2017. May 19, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.
  23. Porter, Rick. "'Empire' finale and 'Dirty Dancing' adjust up, 'Survivor' reunion adjusts down: Wednesday final ratings". TV by the Numbers. May 25, 2017. May 25, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]