Oxuma (kompüter)

Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar.


Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər.
Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır.
Yalnız oxuma üçün (en. read only)– dəyişdirilə, yaxud üzü köçürülə bilməyən, yalnız oxuna və baxıla bilən informasiya. Yalnız oxuma üçün atributu (dəyişdirilməsinə icazə verilməyən, ancaq oxuna və çap oluna bilən) fayla, yaxud sənədə, daimi yaddaşı (ROM) dəstəkləyən və dəyişdiriməsinə izin verilməyən dürlü proqramlara mənimsədilə bilər; bu termin informasiyanın yazıla bilmədiyi, ancaq oxuna bildiyi yaddasaxlama qurğularına da (məsələn, CD-ROM) aid işlədilir.
Oxuma-yazma (en. read/write (R/W)– yaddaşın, yaxud informasiyanın oxunduğu və yazıldığı hər hansı başqa qurğunun xarakteristikası. Oxuma-yazma faylla aparılan əməliyyatlara da aid ola bilər: bu halda həm oxuma, həm də yazma əksliklər kimi çıxış edir.
Oxuma-yazma yaddaşı (en. read/write memory)– verilənlərin oxunduğu və yazıldığı yaddaş. Belə yaddaşdan proqramların və verilənlərin müvəqqəti (operativ) saxlanması üçün isifadə olunur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.