Oxvari qumilanı

Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ.

Ox-ilan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ox-ilan
Beynəlxalq elmi adı


Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir.


Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır. Respublika üçün çox nadir növdür. Azərbaycanda bu növün Naxçıvan MR-nın Culfa rayonunun Kərimquludizə kəndi ətrafında 2 fərdi tapılıb. Yaşama yeri və həyat tərzi: Yovşan və şoranotlu kolluqları olan daşlı yamaclara bağlıdır. Sığınacaq yeri kimi gəmirici və kərtənkələ yuvalarından, daşların altındakı boşluqlardan, səhra kollarının sıx pöhrələrindən istifadə edir. Növün həyat tərzi öyrənilməyib.

Respublika üçün çox nadir növdür.

Məhdudlaşdırıcı amillər Müəyyən edilməyib. Qorunması üçün heç bir tədbir görülməyib. Qorunması üçün məsləhət görülmüş tədbirlər: Naxçıvan MR-nın Culfa rayonunun Kərimquludizə kəndinin ətrafını qoruma altına almaq lazımdır

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 104 səh, Oxvari qumilanı.
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.