Üçüncü futbol qaydaları meydanda oyunçuların sayını və oyunçuların dəyişdirilmə üsülünü müəyyən edir.
Futbolda iki komanda bir biri ilə qarşılaşır və hər biri, qapıçıda daxil olmaqla, 11 oyunçulardan ibarətdir. Hər komandada ən azı 7 oyunçu olmalıdır, əks halda oyun başlaya bilməz. Ehtiyat oyunçuların sayı isə, yarışın reqlamenti müəyyənləşdirir, amma üç-yeddi civarında olmalıdır.
Hər bir halda ehtiyat oyunçuların adları oyun öncəsi müəyyən edilməlidir. Əgər oyunçu hakimə verilən siyahıda yoxdursa, o, oyunda iştirak edə bilməz.
Hər bir oyunçu,oyun durduqda, qapıçı mövqəyəsinə əvəz oluna bilər. Əgər sahə oyunçusu qapıçı ilə dəyişdirilibsə, bu ümümi əvəzləmə sayına təsir göstərmir. Qapıçı və sahə oyunçu əvəzləmələri qeyri-məhdud sayda etmək olar.
Əgər ehtiyat oyunçu meydana icazəssiz giribsə, oyun dəyanır, ehtiyat oyunçu sarı kartla cəzalanır və meydanı tərk etmək göstərişini alır. Oyun qarşı komandanın, oyun dəyanmasından öncə topun olduğu yerdən, sərbəst zərbəsi ilə yenidən davam edir.
İcazəsiz qapıçı dəyişilməsində isə oyun davam edir və onun növbəti dəyanacağında hər iki oyunçuya sarı kart göstərilir.
Əgər oyunçu oyunun baçlmasından öncə qovuldusa, onda onu ehtiyat olan oyunçuların biri ilə əvəz etmək olar, əvəzetmə limiti bu zaman qalır. Amma əgər oyunçu oyun gedişində qırmız vərəqə alırsa, onda komanda azlıqda oyunu davam etdirməlidir.