"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi.
Oyuncaq | |
---|---|
fr. Le Jouet | |
Janr | komediya filmi |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifi | |
Baş rollarda | |
Operator |
|
Bəstəkar |
|
İlk baxış tarixi | 8 dekabr 1976[3], 7 aprel 1977[3], 12 may 1977[3], 15 sentyabr 1977[3], 23 sentyabr 1977[3], 17 fevral 1978[3], 23 fevral 1979[3], 25 may 1979[3], 3 aprel 1980[3] |
Müddət | 95 dəq. |
Ölkə | |
Dil | fransız dili |
Rəng | rəngli |
IMDb | ID0074720 |
Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar. Bu Perrenin ləyaqətinə toxunsa da Eriklə oynamağa məcbur olur. Eriklə yaxından tanış olan Fransua, bu ərköyün uşağın tərbiyəsi ilə də məşğul olmağa başlayır. Birgə keçən bu günlər ərzində Perren başa düşür ki, Erikin pula, var-dövlətə yox, sadəcə, bir nəvazişə, əzizlənməyə ehtiyacı var. Tezliklə onlar dostlaşır və oğlanın analığına qarşı çıxmağa başlayırlar.
Bir qədər sonra aşkar olur ki, Erikin dərin psixoloji problemləri var. Bu problem əsasən valideynlərinin ayrılması və milyonçu atasının ekssentrik xasiyyəti ilə bağlı yaranmışdır. Perren onunla atasının xasiyyət və əxlaqı haqqında müqayisə aparır. Perren və Erikin növbəti əyləncələrindən biri də satirik qəzet çıxarmaqdır. Getdikcə Erik Fransuaya o qədər öyrəşir ki, atasından çox onu sevməyə başlayır.
Aktyor | Rol |
---|---|
Pyer Rişar | jurnalist Fransua Perren |
Fabris Qreko | Erik Rambal-Koşe |
Mişel Buke | milyonçu Pyer Rambal-Koşe |
Jak Fransua | qəzet redaktoru Blenak |
Daniel Çekkaldi | ev sahibi |
Şarl Jerar | qovulmuş fotoqraf |
Mişel Omon | oyuncaq mağazasının direktoru |
Süzi Dayson | xanım Rambal-Koşe |
Mişel Sand | Nikol Perren |
İv Barsak | Rober |
Jerar Jünyo | qovulmuş işçi |
Mişen Roben | majordom |