Ozal İbrahimli

İbrahimli Ozal Ramiz oğlu (13 yanvar 1992, Bakı) — jurnalist. "Azad Azərbaycan" Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri.

Ozal İbrahimli
Doğum tarixi 13 yanvar 1992(1992-01-13) (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

1992-ci il yanvarın 13-ü Bakı şəhərində anadan olub. 2009-cu il Binəqədi rayonu 283 saylı tam orta məktəbi bitirib. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib.

2011-ci ildə jurnalist kimi fəaliyyətə başlayıb. 2011-2015-ci illərdə Azxeber.com informasiya portalında müxbir və redaktor vəzifələrində çalışıb.

2012-2013-cü illərdə Xəzər TV-də yayımlanan “Avtostop” proqramında aparıcı-müxbir kimi fəaliyyətini davam etdirib.

2016-2021-ci illərdə “ARB Media Qrup”da redaktor, baş redaktor, mətbuat katibi və media şöbəsinin rəhbəri olub.

2021-ci ildən “Azad Azərbaycan” MTRK-da media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır[1]

Ailəlidir, 2 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ATV-də media və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olundu". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]