Əliyev Pünhan Məhəmmədəli oğlu (d. 20 iyul 1962) — Qarabağ müharibəsi şəhidi.
Pünhan Əliyev | |
---|---|
Pünhan Məhəmmədəli oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyəlli, Gədəbəy rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Gədəbəy rayonu, Başkənd kəndi |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Göyəlli, Gədəbəy rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992-1994 |
Döyüşlər | Qarabağ müharibəsi |
Əliyev Pünhan Məhəmmədəli oğlu 20 iyul 1962-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadaan olub. Orta məktəbi də doğma kəndində başa vurmuşdur. İki il Sovet ordusunda xidmət etmişdir.
Qəhrəmanlıqları haqqında xalq arasında əfsanələr gəzir. Haqqında tarix üzrə Fəlsəfə elmlər doktoru İncəsənət Unversitetinin müəllimi Sahib Telmanoğlu və digərləri kitablar yazmışdır. Barəsində məşhur "İgiddi mərddi Gədəbəylilər" mahnısında "Hanı Pünhan kimi qəhrəman" deyə adı anılır. Aşıq Altay Məmmədov "Şınıx dastanında" Pünhan Əliyevi belə tərənnüm edir:
Ağır çətin döyüşləri
Üstünə götürən desələr
Nadanların izinə düşüb
İzini itirən desələr
Səksən qanlı yağı başnı
Şınığa gətirən desələr
Onda dönüb birdə təkrar
Şınıxlı Pünhanı deyin.
Gədəbəydə ilk dəfə yaradılan tabora könüllü yazılanlardan öncülü Pünhan olmuşdu. Yəni 1 yanvar 1992-ci ildən xidmətə başlamışdır. Komandanlıq tərəfindən ona bölük başçısı vəzifəsi həvalə edilmişdi. O, həm də bacarıqlı kəşfiyyatçı kimidə fəaliyyət göstərirdi. Krasnoselski-Şəmsəddin yolu onun başçılıq etdiyi dəstənin nəzarətində olmuşdur. 1992-ci ilin avqust ayında ermənilər Krasnoselski istiqamətdən Mutudərə, Qasmağalı kəndlərinə hücüm etdilər. İki kəndimiz quldurlar tərəfindən dağıdıldı. Həmin vaxt quldur yuvası olan Başkəndi quldurlardan təmizləmək üçün tədbirlər görürdü. Nəhayət Başkənddin ermənilərdən azad edilməsində Pünhan Əliyevində xüsusi xidmətləri olmuşdur. Bir neçə dəfə kəşfiyyatçı kimi ermənilərin maşın karvanının sərfini pozmuş və böyük ziyan vurmuşdu. 1993-cü ilin yanvar, fevral aylarında onun dəstəsinin "Ləzgi qayasına" hücumu,1993-cü ilin aprel ayında "Keçəldağ" əməliyyatları Pünhanın adına bağlıdır. 1994-cü ilin iyununda mövqe döyüşlərində yaralı və şəhid olmuş əsgərlərimizi döyüş mövqeyindən çıxarması, 1994-cü ilin fevralında Krasnoselski-Şəmsəddin yolunda düşmənin hərbi maşın karvanın məhv edilməsi, 1994-cü ilin avqustunda mühasirəyə düşmüş 15 nəfər kəşfiyyatçımızın oradan bacarıqla çıxarılması və həmin vaxt iki erməni zabitinin mundar cəsədini gətirmiş, həmin vaxt qənimət kimi xeyli silah-sursat gətirərək hərbi hissəyə təhvil vermişdir. Xidmətinə görə xidmətinin 3-cü il dönümündə ona gizir rütbəsi də verilir.
1994-cü il dekabr ayının 10-da növbəti əməliyyat zamanı Pünhan Əliyev düşmən minasına düşərək şəhid olur.
Pünhan Əliyev Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə Vətən yolunda qəhrəmanlıqla şəhid olduğu üçün onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.