Püstə Məlikaslanova

Məlik-Aslanova Püstə Süleyman bəy qızı — Tibb elmləri doktoru, professor (1926-2001)

Püstə Məlikaslanova
Məlikaslanova Püstə Süleyman bəy qızı
Doğum tarixi
Doğum yeri Qaryagin, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Kamal Kərimzadə
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Püstə Süleyman qızı Məlik-Aslanova 1926-cı ildə Qaryagin (indiki Füzuli) şəhərində anadan olmuşdu. 1949-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib, 1956-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını, 1971-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1957-2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir və 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.

Prof. P.S.Məlik-Aslanovanın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. P.S.Məlik-Aslanovanın səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur.

P.S.Məlik-Aslanova görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir. Prof. Məlik-Aslanova 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir. 2 doktorluq və bir çox namizədlik dissertasiyalarının rəhbərliyində iştirak etmişdir.

Püstə xanım Kamal Kərimzadə ilə həyat qurub.[656 gündür mənbəsizdir]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]