Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır.
1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir.Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində,kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur.