Proporsional-inteqral-diferensial tənzimləyici (PİD tənzimləyici) — əks-əlaqəli idarəetmə dövrəsində istifadə olunan idarəedici qurğu. PİD tənzimləyici avtomatik idarəetmə sistemlərində idarəedici siqnalın formalaşması üçün lazımi dəqiqlik və keyfiyyətdə keçid prosesinin əldə edilməsi məqsədi ilə istifadə olunur. Bu tənzimləyici fasiləsiz olaraq tapşırıq siqnalı və prosesin ölçülmüş dəyişəni arasında fərq kimi xətanın qiymətini hesablayır və proporsional, inteqral, diferensial tənzimləmə qanunları əsasında sistemə düzəliş tətbiq olunur. Bu əsasən mühərriklərin və invertorların idarəedilməsində istifadə olunur.