Pəhləvanlar (film, 1975)

Sərbəst güləşmə güclü və cəsur adamların idmanıdır.

Pəhləvanlar
Pəhləvanlar (film, 1975).jpg
Janr idman
Rejissor Əhməd Abdullayev
Ssenari müəllifi Hikmət Seyidov
Operator Eduard Bədəlov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1975
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə SSRİ SSRİ
İl 1975
Texniki məlumatlar 2 hissə
410 metr
35 mm
Çəkiliş yeri Bakı

Məzmun[redaktə | mənbəni redaktə et]

Pəhləvanlar. Azərbaycanda ta qədimdən güləşənləri belə adlandırırlar. Bakı Dövlət Sirkində ABŞ və Azərbaycanın yığma komandaları arasında sərbəst güləşmə üzrə beynəlxalq görüş keçirilir. Bakılılar amerikan güləşçilərini artıq bir neçə dəfədir ki, öz evlərində qəbul edirlər. İdmanın bu növü respublikamızda milli "güləş"lə bağlıdır. Azərbaycan Rəşid Məmmədbəyov, Musa Babayev, Oqtiyar Məmmədbəyov, İbrahimpaşa Dadaşov kimi güclü pəhləvanlar yetirmişdir.

Filmdə bu beynəlxalq yarış və Azərbaycan pəhləvanları haqqında danışılır, güləşçi Rafiq Hacıyevin uğurlarından, Tbilisidə İdman sarayındakı çıxışından söhbət açılır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Əhməd Abdullayev
Ssenari müəllifi: Hikmət Seyidov
Operator: Eduard Bədəlov
Səs operatoru: İsgəndər Kərimov

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]