Pənc Çeşmə körpüsü

Pənc Çeşmə köprüsü - Şərqi Azərbaycan ostanının Bünab şəhərində Sufiçay üzərində yerləşən Səfəvilər dövrünə aid tarixi abidə.

Pənc Çeşmə körpüsü
fars. پل پنج چشمه
Tətbiq sahəsi körpü
Yeri Bunab şəhristanı
Uzunluğu 50 metr
Eni 4.8 metr

Haqqında[redaktə | mənbəni redaktə et]

Yerli əhali tərəfindən Beşgözlü körpü də adlandırılan Pənc Çeşmə köprüsü Şərqi Azərbaycan ostanının Bünab şəhərinin şərqində dairəvi yolun 1 kilometr məsafəsində Sufiçay üzərində yerləşir. Bu hissədə çayın eni 60 metrdən artıqdır. Körpünün tikilmə tarixi barədə dəqiq məlumat olmasa da, tarixçilər güman edir ki, körpü Səfəvi dövrü abidəsidir. Buna baxmayaraq bəzi tarixçilər körpünün Sasanilər dövründə inşa edilib, Səfəvilər dövründə isə yenidən bərpa edildiyi fikrini irəli sürürlər. Abidənin kim tərəfindən inşa edildiyi barədə məlumat yoxdur. [1]

Körpü 5 paralel tağ üzərində inşa edilmişdir. Bu tağlar daşqınlar zamanı körpünü aşmaqdan və dağılmaqdan qoruyur.Ortada yerləşən tağ digərlərinə nisbətən daha böyükdür. Körpünün uzunluğu 50 metr eni isə 4,8 metrdir. Ən hündür nöqtəsi isə 5.8 metrdir. Körpünün bünövrəsi daşdan, tağlar isə kvadrat kərpiclərdən hörülmüşdür.[2]Kərpiclər körpüdə qırmızı rəngli görüntü yaradır.

Əksər Səfəvi körpülərinin üslubunda oxşar cəhət kimi bu körpünün də girişinin hər iki tərəfində kərpicdən hörülmüş iki parapet var. Qədim İpək yolu üzərində yerləşdiyinə görə körpü yüksək strateji əhəmiyyətə malik idi. Qədim zamanlarda körpünün ətrafına məşəllər düzülürdü ki, səyyahlar yollarını asanlıqla tapsınlar. Günümüzdə təəssüf ki, onlardan iz yoxdur. Sufi çayının üzərində olması səbəbindən körpünün ətrafı meyvə bağları və üzüm bağları ilə çevrələnib.

Bəzi tarixi kitablarda bu körpüdən Firdovsi körpüsü kimi bəhs olunur.

Körpü üzərindən ağır yük maşınlarının keçməsi abidəyə böyük ziyan vurmuşdur. Buna baxmayaraq abidə daha sonradan İran höküməti tərəfindən təmir edilmişdir.[3]

Abidə 25 mart 2000-ci ildə İranın Milli əsərlərindən biri kimi 3087 nömrəsi ilə qeydiyyata alınmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "پل-پنج-چشمه-بناب/". seeiran.ir (fars). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
  2. "attraction\bonab panj chechme bridge". kojaro.com (fars). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  3. "article/show/1187625/Panj-Cheshmeh-Bridge". en.rasekhoon.net (ingilis). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.