Pərçimləmə

İkicərgəli pərçim birləşməsi

Pərçimləmə metaldansüni materialdan hazırlanmış tikinti və maşın hissələrinin söküləbilməyən birləşməsi üçün tətbiq olunan üsuldur.

Tətbiq sahəsi

[redaktə | mənbəni redaktə et]

Əgər pərçim birləşməsi bir hissədən başqasına güc ötürərsə onda buna güc birləşməsi deyilir. Çənlərin kipləşdirilməsində güc birləşməsi o qədər də rol oynamır, burada kipləşdirici birləşmədən söhbət gedir. Hər iki məsələnin birlikdə həlli pərçimlərn daha yaxın vurulmasını tələb edir. Bunlar yüksək təzyiq altında işləyən çənlərin hazırlanmasında geniş tətbiq olunurlar. Pərçimin qaynaq ilə müqayisədə üstün cəhəti ondan ibarətdir ki, bu birləşmə ucuz başa gəlir, birləşmə zamanı hissələrin mexaniki xassələri qızdırma ilə əlavə olaraq zəiflədilmir və nəzarətsiz daxili gərginlik halı yaranmır. Bu cəhətlər pərçimləmənin yüngül hissələrin hazırlanmasında geniş tətbiq olunmasına gətirib çıxarmışdır.

Konstruksiyası

[redaktə | mənbəni redaktə et]

Birləşdirmə üçün istifadə edilən element pərçim çubuğu adlanır. Çubuqlar adətən bir ucu yarımkürə formasında olan çivi şəklində hazırlanırlar. Birləşdirmə zamanı isə onlar isti və ya soyuq halda, hissələrdə açılmış deşiklərdən keçirilərək çəkiclərin köməyi ilə döyəcəklənir və beləliklə hissələrin bir-birinə nisbətən hərəkətini bu istiqamətdə məhdudlaşdırır. Pərçim başlığının normal ölçüdə alınması üçün çubuğin ucu deşikdən l=1,5d qədər kənara şıxmalıdır. Deşiyin diametri qiyməti pərçim çubuğunun diametrindən asılı olaraq qəbul olunur. Onların arasındakı fərq yığmanın dəqiqliyindən və pərçimin ölçüsündən asılı olaraq 0,5–1 mm arasında dəyişir. Pərçim çubuğunun diametri möhkəmlik hesabatı əsasında tapılır.

Pərçimləri başlığının formasına görə yarımkürəvi, yarımyatıq, yatıq və içiboş olurlar. Təyinatına görə pərşim birləşməsi üç qrupa bölünür: a) möhkəm (metal hissələrdə), b) möhkəm-kip ( buxar qazanlarında, çənlərdə) c) kip (kiçik daxili təzyiqli çənlərdə). Pərçimləmə üsuluna görə lövhələr üst-üstə, uzərinə əlavə lövhə qoyulmaqla uc-uca birləşdirilə bilərlər.

Pərçim biləşməsinin əsas üstün cəhətləri yüksək etibarlıq, keyfiyyətə nəzarət, titrəməyə davamlığından ibarətdir. Texnologiyanın baha olması, pərçim yuvaları hissələri zəiflədərək, əlavə örtük lövhələrinə ehtiyac yaratması onun çatımayan cəhətlərini təşkil edirlər.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.