Pərvanə Xalid qızı İsmayılova (doğ. 06 fevral 1981, Qax, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında FİDE ustası (1993).[3] 12-14 yaş qızlar arasında SSRİ çempionu (1991). 10 yaş qızlar arasında dünya çempionu (1992). 12 yaş qızlar arasında Avropa çempionu (rapid).[4][5] 1992-ci ildən etibarən 10,12,14,16 və yuxarı yaş qızlar arasında respublika çempionu. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb. 1994-cü ildə Avropa birinciliyinin çempionu.[6]
1988 - ci ildə Qax şəhərindəki 2 saylı orta məktəbin 1- ci sinifinə daxil olmuş və müəyyən qədər xaricdə (Türkiyədə) təhsil aldıqdan sonra 1997- ci ildə Qax şəhər 1 saylı orta məktəbdən məzun olmuşdur.
2011- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub 2016- cı ildə akademiyanın şahmat fakultəsini bitirmişdir.
- 1991 - Ukrayna-Kerç:12-14 yaş qızlar SSSR çempionatı 1-ci yer.
- 1992 - Almaniya, Duisbur: 10 yaş qızlar arasında Dünya çempionu.
- 1992-ci ildən etibarən 10,12,14,16, və yaş qızlar arasında Respublika çempionu.
- 1993 - Fransa,Paris: 12 yaş qızlar Avropa çempionatı, 2-ci yer.(Rapid)
- 1993 - Macarıstan, Sombathey: 12 yaş qızlar arasında Avropa çempionatı, 2-ci yer.
- 1993 - Slovakiya, Bratislava:12 yaş qızlar arasında Dünya çempionatı, 3-cü yer.
- 1993- Beynəlxalq Şahmat Federasiyasının usta adı: FİDE ustası.
- 1994 - Rumuniya, Bayle-Herkulane: Avropa çempionatı, 2-ci yer.
- 1994 - Fransa, Paris: 12 yaş qızlar arasında Avropa çempionu.(Rapid)
- 1994 - Rusiya,Sankt-Peterburq: Qadınlar arasında beynəlxalq turnirin qalibi.
- 1995 - Braziliya, Son-Larenso: 14 yaş qızlar arasında Dünya çempionatı, 3 - cü yer.
- 1996 - Slovakia, Rimovska-Sobata: 14 yaş qızlar arasında Avropa çempionatı, 2- ci yer.
- 1997 - Türkiyə,İzmir: 16 yaş oğlanlar arasında Türkiyə çempionatı, 1- ci yer.
- 1997-1998- Türkiyə,İstanbul,(Büyükada) Kişilər arasında beynəlxalq şahmat festivalı, 1-ci yer.
- 1997 - Türkiyə,İstanbul: C.H.P.təşkil etdiyi Kişilər arasında İstanbul çempionatı. 1 - ci yer.
- 2000-ci il 18 yaşlı qızlar arasında ölkə 2-ci yer.
- 2001-ci il ,Qadınlar arasında Respublika çempionatı, 2-3 yer.
- 2001 ci il 20 yaş qızlar arasında Respublika çempionu.
- 2001 - İran,Tehran. 3 - cü dünya İslam Qadınları Olimpiadası: 2-ci yer.
- 2014 - Naxçıvan Muxtar Respublikası: Kişilər arasında beynəlxalq şahmat festivalı. 2 - ci yer.