Pərvin Lətifov

Pərvin Məmməd oğlu Lətifov (2 fevral 1984, Bərdə) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar.

Pərvin Lətifov
Ümumi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Bərdə, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Musiqi aləti Vokal
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərvin Lətifov 2 fevral 1984-cü ildə Bərdə şəhərində dünyaya göz açıb. Bərdə rayon 6 saylı tam orta məktəbi və eyni zamanda Bərdə rayon 1 saylı musiqi məktəbin bitirmişdir. Musiqi məktəbində muğam dərsləri almışdır. Ilk müəllimi Seyyid Şuşinskinin tələbəsi Maarif Məmmədov olub. 2000-ci ildə Milli Komservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecin bitirmişdir. Müəllimi Mənsub Ibrahimov olmuşdur. Eyni zamanda Elçin CəlilovdanTeymur Əmrahdan dərs alıb. 2010-cu ildə Milli komservatoriyanı bitirib. 2011-ci ildə ailə həyatı qurub. 3 qız övladı var.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Uşaq zamanlarından festivallarda iştirak etməyə başlamışdır. 2005-ci ildə "Azəristar" musiqi müsabiqəsində finalçı olmuşdur. İlk klipi 2004-cü ildə Tofiq Əhmədvun musiqisi və Rəfik Zəkanın sözlərinə "Güldür məni" mahnısı olub. 2005-ci ildə əksər dövlət tədbirlərində iştirak edib. Nailə Mirməmmədli, Vüqar Camalzadə, Ilhamə Adilqızı, Tahir Əkbər, Xanım Ismayılqızı, Fərid Kərimli, Barat Abdullayev kimi bəstəkarın bəstələrindən yararlanmışdır. Oxuduğu klassik bəstəkarların 30 a yaxın mahnısı orta ixtisas musiqi məktəblərində audio dərslik kimi istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://az.trend.az/azerbaijan/culture/1894666.html
  2. https://www.azadliq.az/xeber/310794/mugenni-pervin-letifov-novbeti-defe-ata-oldu-foto/
  3. https://big.az/395220-vefanin-oxudugu-mahnilar-ciddi-deyil-pervin-letifov.html
  4. http://anl.az/down/meqale/uc_noqta/2020/mart/710309.htm