Pərviz Hüseynov (idmançı)

Pərviz Şahin oğlu Hüseynov (6 oktyabr 1979; Sabirabad, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Okinava Qocyu-Ryu Kobudo-Kempo İdman Növləri Federasiyasında milli yığmanın üzvü, 2018-ci ildən isə federasiyanın baş katibi, qara kəmər sahibi, idman ustası.[1]

Pərviz Hüseynov
Pərviz Şahin oğlu Hüseynov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
SSRİ SSRİ
Doğum tarixi (44 yaş)
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Dövlət Texniki Universitetinin Avtomexanika fakültəsi
İdman növü Azərbaycan Okinava Qocyu-Ryu Kobudo-Kempo İdman Növləri Federasiyası, Kempo
Məşqçisi Tarverdi Allahverdiyev

Həyatı[redaktə | mənbəni redaktə et]

Pərviz Hüseynov 6 oktyabr 1979-cu ildə Sabirabad rayonunda anadan olub. Kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olub, 1993-cü ildən isə Şərq əlbə-yaxa döyüş növləri ilə məşğul olmağa başlayıb. Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo-Kempo Növləri İdman Federasiyasında milli yığmanın üzvü, 2015-ci ildən federasiyada katib, 2018-ci ildən isə baş katibi vəzifəsindədir. Kontakt Karate üzrə 1-ci dan, Şhotakan Karate-do üzrə 1-ci dan, Qocyu-ryu Karate-do, Kabudo və Kempo-ryu idman növləri üzrə 3-cü dan qara kəmər sahibidir. Azərbaycan Respublikasında keçirilən Master Klas Seminarlarında və Beynəlxalq seminarlarda iştirak etmiş sertifikatlarla təltif olunmuşdur. Beynəlxalq Federasiyalar tərəfindən fəxri diplomlarla təltif olunmuşdur. 1997-ci ildə Şhotakan Karate-do üzrə Respublika dərəcəli hakim, məşqçi (müəllim), 2011-ci ildə isə Qocyu-ryu Karate-do, Kabudo və Kempo-ryu idman növləri üzrə hakimlik dərəcəsinə yiyələnmişdir. Dəfələrlə Bakı və Respublika çempionatlarının qalibi olmuşdur.[2] 2 dəfə Avropa çempionu, 5 dəfə Dünya çempionu, 2 dəfə Dünya çempionatının mükafatçısı, 1 dəfə Dünya Kubokunun qalibi olmuş, həmçinin 01-04.08.2019-cu il tarixlardə Yaponiyada keçirilən Dünya Festivalında iştirak etmişdir.[3] Ailəlidir, iki övladı var.[4][5]

Məşqçisi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev Kempo Karate və Kabudo üzrə Avropa çempionatı (12-15.12.2019-cu il, Azərbaycan Respublikası, Abşeron) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2019-cu ildə fəxri fərmanla təltif olunmuşdur.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Kempo Karate və Kabudo üzrə Dünya cempionatı (30.04-02.05.2012-ci il, Ukrayna Respublikası, Xarkov20x20px[ölü keçid];
  • Kempo-ryu və Kabudo üzrə Avropa çempionatı (26-27.06.2014-cü il, Bolqarıstan Respublikası, Varna20x20px[ölü keçid];[6][7]
  • Kempo Karate və Kabudo üzrə Avropa çempionatı (09.05.2015-ci il, Ukrayna Respublikası, Xarkov) 20x20px[ölü keçid];[8]
  • Kempo Karate və Kabudo üzrə Dünya çempionatı (12-16.11.2015-ci il, Ukrayna Respublikası, Xarkov) 20x20px[ölü keçid];
  • Kempo Karate və Kabudo üzrə Dünya çempionatı (22-23.04.2016-cı il, Ukrayna Respublikası, Xarkov) 20x20px[ölü keçid];[9]
  • Kempo-ryu üzrə Dünya çempionatı (03-04.12.2016-cı il, Rusiya Federasiyası, Pitiqorski) 20x20px[ölü keçid];
  • Kempo Karate və Kabudo üzrə Dünya çempionatı (04-07.05.2017-ci il, Ukrayna Respublikası, Xarkov) 20x20px[ölü keçid];
  • Kempo üzrə Dünya Kuboku (02-04.03.2018-ci il, Macarıstan, Sazxolambat) 20x20px[ölü keçid];[10]
  • Kempo Karate və Kabudo üzrə Dünya çempionatı (04-06.05.2018-ci il, Ukrayna Respublikası, Xarkov) 20x20px[ölü keçid];
  • Kempo Karate və Kabudo üzrə Dünya çempionatı (02-06.05.2019-cu il, Ukrayna Respublikası, Xarkov) 20x20px[ölü keçid]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ildə İdman ustası adına, 2018-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar idman ustası fəxri adına layiq görülmüşdür. Bakı Şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ". 2019-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  2. "Avropa çempionları Bakıda da hamıdan üstün oldular". 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  3. "29 iyul 04 avqust 2019- cu il tarixlərləridə Yaponiyanın Okinava şəhərində Dünyan çempionatı və Dünya festivalı keçiriləcəkdir". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-26.
  4. İdmançımızın uğuru[ölü keçid]
  5. "Yenə çempionat, yenə "Zirvə" hamıdan öndə!". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  6. "Azərbaycan idmançıları Bolqarıstanda keçirilən yarışda uğurla çıxış ediblər - FOTO". 2019-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  7. "İdmançımız Bolqarıstandan 3 medalla qayıtdı". 10 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  8. "01.12.2015 – Həmkarımız dünya çempionu adını qazandı - FOTO". 2019-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  9. "16.05.2016 – Həmkarımız növbəti dəfə dünya çempionu adını qazandı". 29 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  10. "Güləşçilərimiz dünya çempionatında "İL' Azero"nun məşq geyimlərində çıxış edəcəklər - FOTOLAR". 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
  11. "Baş idarədə 5 mart – Bədən tərbiyəsi və idman gününə tədbir". 6 September 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.