Pərviz Məmmədov

Pərviz Ziya oğlu Məmmədov (12 yanvar 1937, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1992), professor (1993), AMEA-nın həqiqi üzvü (2014).[1][2][3][4]

Pərviz Məmmədov
Pərviz Ziya oğlu Məmmədov
Doğum tarixi (87 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Atası Ziya Məmmədov
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri dok­toru
Elmi adı professor
İş yerləri

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;

AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi medalla bitirmişdir. Ali təhsilini 1954-1959-cu illərdə Azərbaycan Neft və Sənaye Universitetində almışdır. Universiteti Mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu bitirmişdir.[1][2][3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Pərviz Məmmədov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxarma üzrə Elmi Tədqiqat İnstitutunda texniki-operator kimi başlamışdır. Daha sonra böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrini icra etmişdir. 1958-1966-cı illərdə keçmiş ÜİET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında böyük mühəndis, elmi işçi vəzifələrində işləmişdir.[1][2]

Pərviz Məmmədov 1968-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geo­fi­ziki kəşfiyyat üsul­­ları kafedrasında assistent, dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor və rektor (1993-1997) vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Uni­ver­si­te­tinin Geofizika kafedrasının məsləhətçi professoru və AMEA-nın Geologiya və Geo­fi­zika İnstitutunun şöbə müdiri vəzifələrində işləyir.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Pərviz Məmmədov 1967-ci ildə "Seysmik dalğaların spektral analizinin effektivliyi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci il­də "Cənubi Xəzər Meqaçökəkliyinin çöküntü qatının geoloji quruluşunun seysmostratiqrafik tədqiqi" müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini almışdır. 1993-cü ildə professor elmi adı verilmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən Pərviz Məmmədov 2014-cü ildə isə həqiqi üzvü olmuşdur.[1][2][4]

Alimin Azərbaycanda 240 elmi əsəri, xaricdə isə 120 elmi əsəri çapdan çıxmışdır. Pərviz Məmmədovun rəhbərliyi ilə 3 elmlər və 10 fəl­səfə doktoru hazır­lan­ıb. Hazırda 2 elmlər doktorunun elmi məsləhətçisi və 2 fəlsəfə dokto­runun elmi rəhbəridir. Alimin adı 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geo­fizika elminin inkişafın­da nai­liyyətlərinə görə "Rusiyanın görkəm­li geo­fizikləri" ensiklopedi­yasına sa­lın­ıb.[2]

Üzv olduğu şuralar

[redaktə | mənbəni redaktə et]
  • Ame­rika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF) üzvü;
  • ARDNŞ-in Elm Fondunun eks­perti;
  • AMEA Yer Elmləri Bölməsinin Elmi Şurasının üzvü;
  • Geolo­giya və Geofizika İnstitutunun nəzdin­dəki Dissertasiya Şurasının sədr müavini;
  • ADNSU-da Magistr İxtisaslaşmış Şurasının sədri;
  • Beynəlxalq Geofizika Cəmiyyətinin üzvü;[3]
  • Amerika Neftçi-Geo­loq­lar Assosiasiyasının üzvü;
  • Avropa Geoelmləri Mühən­dis­ləri Assosi­asi­ya­sının üzvü;
  • Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müx­bir üzvü;[3]
  • Beynəlxalq Elmlər Akademiyasının (İnsbruk, Avstriya) həqiqi üzvü;[1][2][4]

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  • Tectonic History of the Southern Caspian Sea Bulletin AAPG volum 81/8 August, 1997
  • Особенности земной коры ЮКВ в свете новых геофизических исследований. Известия НАНА, серия «Науки о Земле» №2 Баку, 2006.
  • Глубинное строение и тектоническая эволюция ЮКМБ
  • Геология Азербайджана, том VII, и газ, 2007
  • Seysmik kəşfiyyat, I, II, III cild.«Elm», 2007
  • Изучение земной коры Южно-Каспийской впадины по данным сверхглубинной сейсмометрии. Жур. Geophysics news in Azerbaijan 1-2, 2008, p. 5-13
  • Современная архитектура ЮКМБ-результат многоэтапной эволюции в центральном сегмента АГПП. AMEA,Yer elmləri bölməsinin Xəbərləri №4, Bakı 2010
  • Sedimentation models in the SCMB and their seismostratigraphic characteristics.“Stratigraphy and sedimenttology of oilgas basins” 2010[1]

Pərviz Məmmədov 2010-cu ildə "Görkəmli geofi­zik S.Q.Komarov" adına medal­la təltif olun­muş ilk azərbaycanlı alimdir.[4] Eyni zamanda 2016-cı ildə AMEA-nın akademik M.Əliyev adına mükafatı ilə təltif edilmişdir. Müxtəlif illərdə AR Təhsil Nazirliyi­nin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görülmüşdür. [1][2]1994-cü ildə Kembric Bioqrafiya Mərkəzi tərəfindən "Men of achievment" mükafatı ilə təltif olunmuşdur.[3]

  1. 1 2 3 4 5 6 7 8 "Məmmədov Pərviz Ziya oğlu" (Azərbaycan). science.gov.az. 15-09-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 (Azərbaycan). science.gov.az https://science.gov.az/az/news/open/19478 (#bare_url_missing_title). 12-1-2022 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 Akif Əlizadə. "Böyük elmi nailiyyətlərin təməlində istedad və gərgin zəhmət dayanır" (Azərbaycan). www.anl.az. 30-09-2022 tarixində arxivləşdirilib.
  4. 1 2 3 4 "MƏMMƏDOV PƏRVİZ ZİYA OĞLU" (Azərbaycan). www.nkpi.az. 30-09-2022 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]