Pəzməri şəlaləsi

Pəzməri şəlaləsiNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşən təbiət abidə.

Pəzməri şəlaləsi
Yerləşməsi
38°56′ şm. e. 45°50′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər
Pəzməri şəlaləsi xəritədə
Pəzməri şəlaləsi
Pəzməri şəlaləsi

Su sərfi, axının sürəti, kinetik enerjisi və gücü ilə fərqlənən şəlalə Azərbaycanda ən böyük şəlalələrdən biridir. Yuxarı axarlarda kanyonvarı dar, kaskadlı dərələrdən keçən, əsasən, bulaq və qar suları ilə qidalanan Ayıçınqılı çayı Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaradır. Karbonatlı süxurlar üzərində nisbi hündürlüyü 16 metrə çatan şəlalənin ortaillik su sərfi 1,34 m³/san-dir. Yayın əvvəllərində su sərfi 25 m³/san-ni ötə bilir. Suyun tərkibi hidrokarbonatlı, kalsiumlu, minerallaşma dərəcəsi 90 mq/l-dir. Zəngin su enerji ehtiyatına malikdir. Qaplan şəlaləsi adı ilə də tanınır.[1]

  1. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.396-397  (az.)