PAOK FK

PAOK (yun. ΠΑΟΚ — Πανθεσσαλονίκειος Αθλητικός Όμιλος Κωνσταντινουπολιτών — Panthessalonikios Athlitikos Omilos Konstantinoupoliton, Panfessalonikios Atletik Omilos Konstantinopol) — Saloniki şəhərini təmsil edən yunan futbol klubudur.

PAOK FK
Π.Α.Ο.Κ.
Klubun tam adı Πανθεσσαλονίκειος Αθλητικός Όμιλος Κωνσταντινουπολιτών
Ölkə Yunanıstan
Ləqəb(lər) Şimalın ikibaşlı qartalları
Rəng(lər) , qara
Yaranma tarixi 1926
Stadionu Tumba, Saloniki
Tutumu 28 700
Prezidenti Yunanıstan İvan Savvidi
Baş məşqçisi Serbiya Vladimir İviç
Liqa Yunanıstan superliqası
2018/19 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

PAOK-un əsası 1877-ci ildə, İstanbulda qoyulub. Ancaq klub həmin illərdə futbol yox, idman klubu kimi fəaliyyət göstərirdi. "Ağ-qaralar" türklərlə yunanlar arasında müharibə başladıqdan sonra Salonikiyə köçməyə məcbur olur. 1926-cı ildə isə futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. Komandanın adı dörd sözün birləşməsindən yaranıb. PAOK - Panthessalonikeios Athlitikos Omilos Konstantinoupoliton (Konstantinapolun Pan-Saloniki İdman Klubu). Klub Yunanıstan nəhənglərindən sayılmasa da, bu ölkənin sayılıb-seçilən komandalarındandı. "Ağ-qaralar" 2 dəfə Yunanıstan çempionu olmaqla yanaşı, 4 dəfə də ölkə kubokuna sahib çıxıblar. Komandanın baş məşqçisi serbiyalı Vladimir İviçdir. Komanda ev oyunlarını 28700 yerlik "Tumba" stadionunda keçirir. PAOK-un ev oyunlarında bir qayda olaraq anşlaq olur.

2012-ci ildə klubun səhmlərinə nəzarət paketini rostov sahibkarı İvan Savvidi əldə edib.[1]

  • Yunanıstanın Çempionu (4) : 1976, 1985, 2019, 2024
  • Gümüş mükafatçı (11): 1937, 1940, 1973, 1978, 2010, 2013, 2016, 2017, 2018, 2019, 2021
  • Yunanıstan Kubokunun Sahibi (8): 1972, 1974, 2001, 2003, 2017, 2018, 2019, 2021
  • Yunanıstan Kubokunun Finalçısı (15): 1939, 1951, 1955, 1970, 1971, 1973, 1977, 1978, 1981, 1983, 1985, 1992, 2014, 2022, 2023
  1. "Biznesmen İvan Savvidi yunan klubu PAOK un sahibi oldu". 2012-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-29.