PFL ikinci divizionu — (rusca: Второй дивизион ПФЛ) — səviyyəsinə görə peşəkar Rusiya futbolunun üçüncü divizionu. İkinci divizion yarışlarını Peşəkar futbol liqası təşkil edir.
Peşəkar futbol liqası birinciliyi | |
---|---|
İdman | Futbol |
İlk mövsüm | 1992 |
Klub sayı | 81 |
Ölkə | Rusiya |
İkinci divizion coğrafi prinsipə görə 5 zonaya bölünür: "Qərb", "Mərkəz", "Cənub", "Ural-Povoljye" və "Şərq". Hər bir zonadakı klublar hər il dəyişilir. 2009-cu ildə divizionda 81 komanda ərizə vermişdir.
Hər bir zonanın qalibi, birinci diviziona köçürülür. Zonalarda axırıncı yerləri tutan klublarsa, peşəkar statuslarını itirir və Həvəskar futbol liqasına enir. Birindən başqa bütün zonlarda yarışmalar iki dairə üzrə keçirilir. "Şərq" zonasının azlığı üzündən oradakı yarışlar üçdairəvi turnirdə keçirilir. Mövsüm bitdikdən sonra zona qalibləri ikinci divizionun çempionluğu uğrunda PFL Kubokunda iştirak edirlər.
2009-cu il mövsümündə ikinci divizionda aşağıdakı 81 komanda ərizə vermişdir.