PZ-90

PZ-90 — Məşhur alim F. N. Krasovski, M. S. Molodenski və A. A. İzotov tərəfindən keçmiş Sovet İttifaqında 1942-ci il koordinat sistemi geodeziya-astronomiya, qravimetriya və ölkənin nivelir şəbəkəsi əsasında yaradılmışdır. 50 ildən çox başlanğıc məntəqə kimi istifadə olunan Pulkov rəsədxanasına istinad edib triqonometrik məntəqələrin koordinatlarını bir neçə metr orta kvadrat yanlışla qərb tərəfə, 15 m-ə qədər isə şərq tərəfə hesablayıb tapmaq olar.

Ancaq peyk üsulu ilə ölçmələrin aparılmasının inkişafı bu səhvi bir metrə qədər azaltmışdır, yəni ± 1 metrdir. 1990-cı ildə (PZ-90) radio-yüksəklikölçən aparatla təchiz olunmuş "Qeo-İK" peykinin köməyi ilə yerdə nöqtənin dəniz səviyyəsində yüksəkliyi 1 metrdən də az səhvlə tapılır. Dopler ötürücü aparatı isə peyklə məntəqə arasındakı məsafəni 1–2 m dəqiqliyində tapmağa imkan verir. PZ-90-la hesablama aparanda aşağıdakı fundamental sabitlərdən istifadə olunub:

  • İşıq sürəti c= 299 792 458 m/san.
  • Geosentrik qravitasiya sabiti
  • Yerin öz oxu ətrafında fırlanma sürəti.

PZ-90 Geosentrik koordinat sistemi xarici geodeziya şəbəkələrinin inteqrasiyası olmadan yaradılıb. Bu da keçmiş SSRİ ərazisində 30 məntəqəni əhatə edir. 30 milyon peyk müşahidələrindən (həm qurudan və həm də okeanlardan) ümumi yer ellipsoidinin parametrləri belədir:

  • Böyük yarım ox: a=6 378 136 m
  • Yer ellipsoidinin basıqlıq məxrəci: f=298,257839303
  • Yerin normal potensialı
  • İkinci qormanik əmsal.

Ümumdünya Koordinat Sistemi PZ-90-la 1942-ci il koordinat sistemləri arasında fərq az olduğundan bəzi işlərdə onlar nəzərə alınmır.

  • Məmmədov Q. Ş, Əhmədov İ. H. Geodeziya. Bakı, 2002.