Paşa Əfəndiyev — filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi.
Paşa Əfəndiyev | |
---|---|
azərb. Paşa Şərif oğlu Əfəndiyev | |
Doğum tarixi | |
Doğum yeri | İlisu, Qax rayonu, Azərbaycan SSR |
Elm sahələri | Filologiya elmləri doktoru, professor |
Təhsili |
Paşa Şərif oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1946-cı ildə orta məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qırmızı diplomla bitirmişdir.
1954-cü ildə «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır» mövzusunda namizədlik dissertasiyasını, 1974-cü ildə «Azərbaycan folklorşünaslığının tarixi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir.
Aşıq Molla Cümə yaradıcılığının ilk araşdırıcısı olmuşdur.
30-dan çox monoqrafiya və dərsliyin, 200-dən artıq elmi məqalənin müəllifidir[1].
14 folklorşünas, 11 elmlər namizədi, 4 elmlər doktoru, professor hazırlamışdır.
Atası Əfəndiyev Şərif Müslüm oğlu 45 ilin maarif xadimi, Əməkdar müəllim olub. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və başqa medallarla təltif olunub.[2]