Paşa bəy Rüstəmov - praporşik 1914-cü il iyulun 24-də Azərbaycan süvari alayına qəbul edilib. 1916-cı il dekabrın 5-də kiçik uryadnik, 1917-ci il sentyabrın 15-də baş uryadnik, həmin il oktyabrın 1-də podpraporşik rütbəsilə təltif olunub. 1916-cı il mayın 31-də döyüşlərdə göstərdiyi igidliyə görə “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunub. 1918-ci ilin oktyabrından Milli Azərbaycan ordusunda hərbi xidmətə başlayıb. Qarayazıda yerləşən Azərbaycan süvari alayının komandiri, polkovnik (sənəddə adını oxumaq mümkün olmadı - Ş.N.) Azərbaycan Əlahiddə korpusunun komandirinə yazır ki, xalqımıza sidq-ürəklə xidmət edən podpraporşik Paşa bəy Rüstəmovun praporşik rütbəsilə təltif olunmasını tamamilə qanuni hesab edirəm. Arxivdə saxlanan bir sənddə 1918-ci il oktyabrın 14-də Paşa bəyin bolşeviklərə qarşı döyüşdə göstərdiyi igidliyi təsvir olunmuşdur: “Zığ yüksəkliyi yaxınlığındakı döyüşdə zabitlərin sayının çatışmazlığı üzündən kiçik gizir Paşa bəy Rüstəmov yarımbölüyə komandirliyi qəbul etdi. Onda Hövsan tərəfindən yüksəkliyə hücumu süvari ilə bizim piyada aparırdı. Kiçik gizir Paşa bəy Rüstəmov Suraxanı tərəfdən rəqibin cinahına çıxaraq, öz cürətli hücumu ilə daşnak və bolşevikləri tutduqları səngərlərdən qovmağa kömək etdi. Ümumiyyətlə, arxa cəbhədə olduğu kimi, ön cəbhədə də kiçik gizir Paşa bəy Rüstəmov tapşırılmış zabit vəzifələrinin hamısını layiqincə yerinə yetirirdi”. Paşa bəy 1895-ci il mayın 12-də Gəncə qəzasının Yuxarı Ayıblı kəndində anadan olub. Subaydır. Müharibədən əvvəl təsərrüfatda işləyib.
Paşa bəy Rüstəmov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə qəzasının Yuxarı Ayıblı kəndi |
Mükafatları |
Savadlıdır. [1]