Pac-Man World 3 — "Namco" oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının üçüncü seriyasıdır. Videooyun 15 raunddan ibarətdir. Raundlar isə çox uzun olmasına görə fərqlənir. Həmçinin, oyunun bir neçə raundunda ilk "Pac-Man" oyununu oynamaq mümkündür. Videooyun "PlayStation 2", "Nintendo", "GameCube", "Xbox", "PlayStation Portable", "Nintendo DS" və Microsoft Windows platformaları üçün hazırlanmışdı.
Pac-Man World 3 | |
---|---|
| |
Hazırlayan |
Namco Blitz Games |
Yayımlayan | Namco |
Seriya | Pac-Man World |
Anons tarixi | Namco 2005 |
Buraxılış tarixi | 15 noyabr 2005 |
Janrlar | Macəra |
Texniki məlumat | |
Platformalar |
PlayStation 2 GameCube Xbox DS PSP Microsoft Windows |
Oyun rejimi | birnəfərli oyun |
Qəddar ağıllı Ervin hakimiyyət uğrunda keçirdiyi macəralarında Kabuslar dünyasından (Spectral Realm) energetik pendiri sormaq üsulunu tapmışdır. Ervin Kabuslar dünyasına girmək üçün xüsusi Sifon hazırlamışdır. Bu da kabus dünyasını real dünyaya (Pac-Land) çevirir. Bu çevrilmə zamanı dünyanın fəlakətinə gətirib çıxaracaqdır. Həmin müddətdə Pac-Man 25 yaşını ailəsi ilə birlikdə qeyd edir. Bu zaman Orson onu teleportasiya edir. Pac-Man ətrafına baxan zaman qəribə bir dünyaya düşdüyünü güman edir. Orson isə danışıq apparatı vasitəsilə Pac-Mana hər şeyi başa salır. İlk növbədə Orson ona "Spectral Realm" dünyası haqqında danışır. Pac-Man isə Orsonun onun ad gününü pozduğu üçün peşmanlıq hissi keçirir. Pac-Man yoluna davam edən zaman onun üzərinə müxtəlif bədheybətlər gəlir. Pac-Man üzərinə düşən vəzifə isə onların hamısını dəf edərək yoluna irəliləməkdir. Macəralardan aydın olur ki, Pac-Manın gördüyü bütün bu bədheybətlər əslində Ervinin hipnozu altındadır. Ervin İnki və Blinkini oğurlamışdır, lakin Pinki və Klayd qaça bilmişdlər. Pac-Man artıq Orson, Pinki və Klaydın ruhları ilə gücünü birləşdirməlidir ki, Ervinə qalib gəlsin. Macəraların birində Pac-Man Ervinə qalib gəlir, lakin Ervin qaça bilir. Bütün macəraların sonunda isə Pac-Man yenidən Ervini məğlubiyyətə düçar edir. Bununla da Ervinin planı baş tutmur və Pac-Man dünyanı böyük fəlakətdən xilas edir.
Raundlar | Ad | Tərcümə |
---|---|---|
1 | Bot Boneyard | azərb. Qəbiristanlıq markeri |
2 | Banny Wastelands | azərb. Banni çölləri |
3 | The Spectral Cliffs | azərb. Spektral Sıldırım qayalar |
4 | Gogekka Central | azərb. Qoqekka mərkəzi |
5 | The Spectral Vale | azərb. Skeptral ayrılma |
6 | Zephyr Heights | azərb. Şleyf hündürlükləri |
7 | Ancient Catacombs | azərb. Qədim katakombalar |
8 | Gogekka Heights | azərb. Qoqekka hündürlükləri |
9 | Banny Canyon | azərb. Banni Kanyonu |
10 | Toc-Man Battle | azərb. Tok-Men savaşı |
11 | Cragstone Bridge | azərb. Kreqstoun körpüsü |
12 | Erwin's Fortress | azərb. Ervinin qalası |
13 | Dungen Gunden | azərb. Qunqen Qunden |
14 | The Spectral Zenith | azərb. Spektral Zenit |
15 | Shadow Temple | azərb. Kölgə məbədi |