Pac-Man World 3 (video oyun, 2005)

Pac-Man World 3 — "Namco" oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının üçüncü seriyasıdır. Videooyun 15 raunddan ibarətdir. Raundlar isə çox uzun olmasına görə fərqlənir. Həmçinin, oyunun bir neçə raundunda ilk "Pac-Man" oyununu oynamaq mümkündür. Videooyun "PlayStation 2", "Nintendo", "GameCube", "Xbox", "PlayStation Portable", "Nintendo DS" və Microsoft Windows platformaları üçün hazırlanmışdı.

Pac-Man World 3
"Pac-Man World" oyununun afişası
"Pac-Man World" oyununun afişası
Hazırlayan Namco
Blitz Games
Yayımlayan Namco
Seriya Pac-Man World
Anons tarixi Namco 2005
Buraxılış tarixi 15 noyabr 2005
Janrlar Macəra
Texniki məlumat
Platformalar PlayStation 2
GameCube
Xbox
DS
PSP
Microsoft Windows
Oyun rejimi birnəfərli oyun

Qəddar ağıllı Ervin hakimiyyət uğrunda keçirdiyi macəralarında Kabuslar dünyasından (Spectral Realm) energetik pendiri sormaq üsulunu tapmışdır. Ervin Kabuslar dünyasına girmək üçün xüsusi Sifon hazırlamışdır. Bu da kabus dünyasını real dünyaya (Pac-Land) çevirir. Bu çevrilmə zamanı dünyanın fəlakətinə gətirib çıxaracaqdır. Həmin müddətdə Pac-Man 25 yaşını ailəsi ilə birlikdə qeyd edir. Bu zaman Orson onu teleportasiya edir. Pac-Man ətrafına baxan zaman qəribə bir dünyaya düşdüyünü güman edir. Orson isə danışıq apparatı vasitəsilə Pac-Mana hər şeyi başa salır. İlk növbədə Orson ona "Spectral Realm" dünyası haqqında danışır. Pac-Man isə Orsonun onun ad gününü pozduğu üçün peşmanlıq hissi keçirir. Pac-Man yoluna davam edən zaman onun üzərinə müxtəlif bədheybətlər gəlir. Pac-Man üzərinə düşən vəzifə isə onların hamısını dəf edərək yoluna irəliləməkdir. Macəralardan aydın olur ki, Pac-Manın gördüyü bütün bu bədheybətlər əslində Ervinin hipnozu altındadır. Ervin İnki və Blinkini oğurlamışdır, lakin Pinki və Klayd qaça bilmişdlər. Pac-Man artıq Orson, Pinki və Klaydın ruhları ilə gücünü birləşdirməlidir ki, Ervinə qalib gəlsin. Macəraların birində Pac-Man Ervinə qalib gəlir, lakin Ervin qaça bilir. Bütün macəraların sonunda isə Pac-Man yenidən Ervini məğlubiyyətə düçar edir. Bununla da Ervinin planı baş tutmur və Pac-Man dünyanı böyük fəlakətdən xilas edir.

Raundlar Ad Tərcümə
1 Bot Boneyard azərb. Qəbiristanlıq markeri
2 Banny Wastelands azərb. Banni çölləri
3 The Spectral Cliffs azərb. Spektral Sıldırım qayalar
4 Gogekka Central azərb. Qoqekka mərkəzi
5 The Spectral Vale azərb. Skeptral ayrılma
6 Zephyr Heights azərb. Şleyf hündürlükləri
7 Ancient Catacombs azərb. Qədim katakombalar
8 Gogekka Heights azərb. Qoqekka hündürlükləri
9 Banny Canyon azərb. Banni Kanyonu
10 Toc-Man Battle azərb. Tok-Men savaşı
11 Cragstone Bridge azərb. Kreqstoun körpüsü
12 Erwin's Fortress azərb. Ervinin qalası
13 Dungen Gunden azərb. Qunqen Qunden
14 The Spectral Zenith azərb. Spektral Zenit
15 Shadow Temple azərb. Kölgə məbədi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]