Page Down klavişi

Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda uyumlu) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının “3” klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir.

Page Down klavişi

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]