Pak

Pak (və ya pak buzu) — dəniz buzunun bir növü olub, Şimal Buzlu okeanın mərkəz hissəsini örtən, çoxillik buz yığınına deyilir. Pak çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gəlir. Pakın orta qalınlığı 5 m, ayrı-ayrı çıxıntıların hündürlüyü isə 10 m-ə çatır. Pak buzunun tərkibində duzhava boşluqları olmadığından mavi rəngdədir. Pak Şimal Buzlu okeanında ümumi buz sahəsinin 70–80%-ni təşkil edir. Cənub okeanda Pak buzu yoxdur. Pak adi buzqıran gəmilər üçün keçilməzdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş. G. Həsənov, S. B. Məmmədov, Y. Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti " Təhsil" Bakı- 2005.