Qısamüddətli sərhədyanı konflikt Peru və Ekvador arasında 1981-ci ildə baş verir.Bu müharibə 20 əsrdə 2 Ölkə arasında baş vermiş üc müharibədən ikincisi.Bundan əvvəl 1941-ci ildə iki dövlət arasında konflikt sərhəddəki mübahisəli ərazilər uğrunda baş verir.Müharibənin səbəbi Kordilyer-del-Kondor dağlarının şərq yamaclarında mübahisəli sərhədyanı 3 posta Ekvadorun yiyələnmə cəthi.Pakuişa,Mayaiku və Macikaza postları idi.
Ekvador sərhədyanı üc postu 1981-ci ilin yanvar ayında ələ kecirir.22 yanvarda Peru bölgəyə Mi8 helikopterini kəffiyata göndərir.Helikopter yerdən atəşə tutulur.28 yanvarda Peru düşmən üzərinə öz hərbi qüvvələrini göndərir.Hərbi helikopterlə əraziyə desant cıxarılır.Qısa müddətə Ekvador ordusu geriyə atılır və mübahisəli ərazilər Perunun əlinə kecir.Postlardan birini hətta Peru prezidenti Belaunde Terri tərəfindən ziyarət edilir.Jurnalistlərə hərbi qənimətlər nümayiş etdirilir.2 Fevral Amerika Dövlətlər Birliyi tərəfindən atəşkəs elan edilməsinə nail olunur .19 fevralda Ekvador bölgəni geri qaytarmaq istəsə də hecnəyə nail ola bilmir. Bununla da müharibə rəsmən bitir.
Bu müharibədə hər iki tərəf hərbi qüvvələrdən istifadə edirdi.Peru 107 ,Ekvador isə 179 hərbi ucuş təşkil edir.2 hərbi hava döyüşü olur.Hər iki tərəf A-37 dən istifadə edir.Ekvador <<Miraj F1>> ilə Peruya məxsus Cu-22 təyyarələrini hədəfə alsa da buraxılan raketlər boşa cıxır.
Rəsmi məlumata görə Peru 12 ölü,Ekvador isə 16 ölü və 30 yaralı.19 fevralda Peruya məxsus <<Mi-8>> helikopteri vurulur.Bundan başqa hec bir hərbi texnika itgisi baş vermir.Perunun qalibiyyətinə baxmayaraq mübahisəli ərazi problemi iki ölkə arasında həll olunmadan qaldı.1995-ci ildə növbəti Alto Senepa müharibəsi kimi mübahisəli ərazi kanflikti baş verir.