Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
PalSüd — Palmali Şirkətlər Qrupuna məxsus olan ticarət nişanı. Azərbaycanda qida sənayesində fəaliyyət göstərir. Süd və süd məhsulları sahəsində ixtisaslaşıb[1][2].
PalSüd | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Qida sənayesi |
Təsis tarixi | 2008 |
palsud.az |
Sloganlar:
2008-2009: Təbiətin və sağlamlığın dadı
2009-2010: Dadlı arzularla PalSüd
Palmali Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində NURSÜD Süd və Süd Məhsulları Zavodunun tikintisinə başladı. Zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir. Bu zavodun məhsulları "PalSüd" ticarət nişanı ilə istehsah edilir. Bundan əlavə 2009-cu ildə "PalDad" ticarət nişanıyla məhsullar buraxmağa başlayan "Palfood MMC" dondurma fabriki təsis edildi. Bu fabrikdə "PalDo" ticarət nişanlı dondurmalar istehsal edilir[1][2].
NURSÜD Süd və Süd Məhsulları Zavodu ən müasir texnologiyalar və avadanlıqlarla təchiz olunub. Zavod 40 min kvadratmetr (40 000 m²) sahədə yerləşir. Bu zavod gündə 150 min litr (150 000 l) süd emal etmə imkanına malikdir. Ətraf rayonların şəxsi təssərüfatlarından yığılan süd zavod laboratoriyasında yoxlanılıb emal edildikdən sonra hazır məhsulların istehsalında istifadə edilir. Zavodun istehsal etdiyi məhsullar İSO 22000:2005 beynəlxalq seritifikatına malikdir. Burada hər gün müxtəlif yağlılığa malik 34 növ məhsul - uzun ömürlü süd, ətirli (aromatlaşdırılmış) süd növləri, bəyaz pendir, qaymaqlı və qaymaqsız qatıq, ayran, nanəli ayran (naran), süzmə, kərə yağı, meyvəli yoqurtlar, kəsmik, xama, holland pendiri və digər məhsullar istehsal edilir[1]. Şirkətin məhsullarının Azərbaycanın bir çox bölgələrində yerləşən satış məntəqələrinə keyfiyyətini itirmədən çatdırılması məqsədilə 2008-ci ilin sonlarında “PalSüd Dağıtım” şirkəti təsis edilib[3].
PalSüd Şirkəti fəaliyyəti dövründə aşağıdakı mükafatlara layiq görülüb[4].