Palasovun binası — Rostov vilayəti, Taqanroq şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail Dmitrieviç Alferakiyə mənsub olmuşdur.
Palasovun binası | |
---|---|
rus. Дом Паласова | |
47°12′40″ şm. e. 38°56′18″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Yerləşir | Taqanroq ş, Qreçeskaya küçəsi, 61[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bir mərtəbəli villa zirzəmiyə sahibdir. Bina Taqanroq şəhəri, Qreçeskaya ev 61 ünvanında yerləşir. Taqanroqda ХIХ əsrin üçüncü hissəsində inşa edilmişdir. Binanın sahibi Nikolay Dmitrieviç öldükdən sonra evin sahibi onun oğlu bəstəkar Axiles olmuşdur. Ondan sonra isə evin sahibliyi Sergey və Mixaila keçmişdir. Binanın korpusu enişdə, Ukraynski xiyabanı, Qreçeskaya küçəsində ucaldılmışdır.
1880-ci illərin sonları binanı yunan Anton Nomikos satın almışdır. 1910-cu ildən 1925-ci ilə qədər binanın sahibi İvan İvanoviç Minaev olmuşdur. O, binada həyat yoldaşı Yekaterina Petrovna ilə birlikdə yaşayırdı.
Zirzəmiyə malik binanın fasadı qırmızı kərpicdən inşa edilmişdir. Bina 19-cu əsin 3-cü yarısında inşa edilmişdir. Korpusun sahibi tacir Aleksandra Anastaseva olmuşdur.
Zirzəmili bir mərtəbədən ibarət olan bina Ukrayna xiyabanının Qreçeskaya küçəsin baxan istiqamətdə enişdə yerləşir. 1842-ci ildə Aleksandra Anastaeva taqanroqlu tacir Starvo Anastaseviç Anaastasevə ərə getmişdir. 1880-ci ilərdə binanı onlardan Savva Yegoreviç Oalasov satın almışdır. Palasov tütün və tütün məmulatlarınln satışı ilə məşğul idi. Onun Taqanroqun bir neçə rayonunda evi vardı. Binanın zirzəmisində general akarinin ailəsi yaşayırdı. O, hərbi prokuror idi.
ХХ əsrin əvvəllərində binanı Sumlu tacir satın alır. Dmitri Vasileviç Çerevkov Aleksandrovskinin küçəsində bir neçə dükanı vardı. Dmitri 28 dekabr 1906-cı ildə 62 yaşında dünyasını dəyişir. O, vəsiyyətnaməsində 60 min rublu kasıb şagirdlərə ərmağan etmişdir.
Dmitri Vasileviçin ölümündən sonra bina Xarlampiya və Spiridon İvanoviç Mussuri qardaşlarına dövr edilmişdir. Qardaşlar binaya 1925-ci ilə qədər sahiblənmişlər. Burada bir müddət Taqanroq kommersiya uçilişinin alman dili müəllimi Matvey İvanoviç Şmidt yaşamışdır.
Düzbucaqlı formalı pəncərəyə malikdir. Pəncərələr iki korpus korpusdan ibarətdir. Əsas girişi Qreçeskaya küçəsinə baxır. Fasadı karniz və kolonnalarla bəzədilmişdir.
Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda binada yaşayış mənzilləri yerləşir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir