Palatinus gölü

Palatinus (mac. Palatinus) — Macarıstanda süni göl. Göl Macarıstanın şimalında, Komarom-Esterqom medyesində, Esterqom şəhəri yaxınlığnda yerləşir. Yerli əhalinin əksəriyyəti gölü Pala adlandırır. Digər adı isə Şatorkopustaidir (mac. Sátorkőpusztai-tó)[1]. Sahəsi 32 hektar olan göl Budapeşt şəhərindən 40 km şimalda yerləşir.

Palatinus gölü
mac. Palatinus
Gölün yayda görünüşü.2016
Gölün yayda görünüşü.2016
Ümumi məlumatlar
Mütləq hündürlüyü 124 m
Eni 0,4 km
Uzunluğu 0,8 km
Sahəsi 0,32 km²
Dərin yeri 10 m
Yerləşməsi
47°43′41″ şm. e. 18°44′26″ ş. u.
Ölkə  Macarıstan
Palatinus gölü xəritədə
Palatinus gölü
Palatinus gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Gölün təxmini sahəsi 0,32 km², uzunluğu 0,8 km, eni isə 0,4 km-dir. Ən dərin yeri 10 metrdir. Göl dəniz səviyyəsindən 124 metr yüksəklikdə yerləşir. Yay aylarında göl suyunun orta temperaturu +19 °C olur. Piliş vadisi yaxınlığnda yerləşən Palatinus gölü yeraltı sularla qidalanır. Göl sahilinin bir qismi ot örtüyünə malik olsa da, bir hissəsi qumla örtülüdür. Esteqrom və Doroq şəhərlərinin yaxınlığında olan bu göl Macarıstanın ən təmiz gölü hesab olunur. Eyni zamanda Komarom-Esterqom medyesinin ən böyük gölüdür[1].

Palatinus gölü 1950-ci ildə, köhnə mədənin yerində formalaşmışdır. Mədəndə sənayedə istifadə olun qum həmçinin qonur kömür hasil olunurdu. Mədənin yaxınlığlnda kiçik Drost kəndi olmuşdur. Gölə "Palatinus" adını Budapeştdən olan üzgüçülər vermişdir. Göl suyun təmizliyi və şəffaflığı ilə paytaxt çimərliyi olan Palatinusu xatırladırdı. Göl dibinin və sahilindəki qum təbii filtir funksiyasını yerinə yetirir.

1953-cü ildə ərazidə balıqçılar cəmiyyəti yaradılmış və göldə balq yetişdirməyi planlaşdırırdı. Sonrakı illərdə gölün şimal hissəsi çimərlik üçün nəzərdə tutulmuşdur. Cənub hissəsi isə balıqçılıq və balıq çoxaldılması üçün ayrılmışdır. 2006-cı ildən göldə dayvinq muzeyi fəaliyyət göstərir[2].

Göl yaxınlığında mağaza, televiziya mərkəzi və otel var[3]. 2009-cu ildə gölü 37 min turist ziyarət etmişdir.[4]

  1. 1 2 Judit Solymár, lajos Kovács. Dorogi lexikon (macar). Dorog. 2008. 195. ISBN 963-00-4973-2.
  2. "Búvármúzeum". www.buvarmuzeum.hu. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  3. "Wayback Machine". web.archive.org. 2010-12-09. 2010-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  4. "etvonline". web.archive.org. 2009-01-29. 2009-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.