Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km²[1]. İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir.
Palavan | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 12188 km² |
Hündür nöqtəsi | 2085 m |
Əhalisi | 900.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
9°31′00″ şm. e. 118°09′51″ ş. u.HGYO | |
Ölkə | Filippin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur. İllik orta temperatur 26°/29°S arasında dəyişir.
Hələ qədim zamanlarda çinli taçirlər Filippinə Palavan adası vastəsi ilə gəlirdilər. XII əsrdə adala malayzilalılar gəlir. Onlar burada balıqçılıq, əkinçilik və ovçuluqla məşğul olurdular. XVII əsrdə ispan misionerləri adaya ayaq basırlar. Moro xalqının müqaviməti ilə rastlaşırlar. 1749-cu ildə Borneo sultanlığı Cənubi Palavanı İspanlara verir. 1898-ci ildə isə İspanlar adanı tərk edir ABŞ ərazidə xalq hakimiyyətini qurur. 1903-cü ildən isə ərazidə eyni adlı vilayət yaradılır.
Palavanda 87 mədəni və milli qruplar yaşayır. 2010-cu il siyahıya almasına əsasən adada 900 000 insan yaşayır. Çoxlrarı Avstroneziya dillərində danışır. Ada Kalimantan, Çin və Yaxın şərin mədəni təsirinə məruz qalıb. Adaya Filippin daxili köç daha geniş yalılıb. Miqrantların çoxu milli azlıqlardır. Bunlara misal: taqbanua, pinalavan, batak, ken-uy, kalamyan, tausunq, molboq, cama-mapuni və samal-banqinqi.
Burada hakim din xristian, məzhəbi olan katolizmdir. Bundan əlavə burada Mormon və Protestant kilsələridə fəaliyyət göstərir. Adanın cənub hissəsində az sayda olsa da müsəlman yaşayır.