Paldiski (est. Paldiski), tarixi adı Rogervik (isv. Rågervik), Baltiyskiy port, Ба́лтиски (est. Baltiski) — Estoniyada şəhər. Fin körfəzinin sahilində yerləşir.
Paldiski | |
---|---|
Paldiski | |
59°21′ şm. e. 24°03′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1783 |
İlk məlumat | XVII əsr |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi | 4.081 nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 76806 |
Vikianbarda əlaqəli mediafayllar |
Paldiskinin əhalisi 4,1 min nəfərdir (2010). Estonlar şəhərdə azlıq təşkil edirlər. Ümumilikdə isə şəhər əhalisini 31 millətlərin nümayəndələri təşkil edir.
İl | 1934 | 1959 | 1970 | 1979 | 1989 | 2004 | 2010 |
---|---|---|---|---|---|---|---|
Əhali | 851 | 3387 | 6907 | 7311 | 7690 | 4224 | 4372 |
Paldiski Haryumaa bölgəsində yerləşir, Fin körfəzinin sahilində. Tallindən 52 km məsafəsində yerləşir.
Paldiski Estoniyanın şimalında, Fin körfəzi sahilində yerləşən kiçik bir şəhərdir. Liman və dəniz qalası kimi xidmət edən bu şəhərin əsası 1718-ci ildə, rus çarı I Pyotr dövründə qoyulub. 1764-cü ilə qədər Roqervik, 1783-1917-ci illərdə Baltik limanı adlanan Paldiski 1944-1994-cü illərdə Sovet İttifaqının bağlı hərbi şəhəri olub.
Şəhərin inzibati ərazisinə Pakri yarımadası, Böyük Pakri və Kiçik Pakri adaları, habelə onları əhatə edən dəniz daxildir. Beləliklə, ərazisinin sahəsinə görə Paldiski Estoniyanın ikinci böyük şəhəri sayılır. Şəhər sakinlərinin üçdə bir hissəsi eston dilində danışır. Paldiskidə tədrisin həm eston, həm də rus dilində aparıldığı gimnaziyalar fəaliyyət göstərir. Şəhərə mer başda olmaqla altı üzvdən ibarət Şəhər Upravası rəhbərlik edir. İdarəetmə xarakterli qərar və qətnamələr 13 nəfər seçkili üzvü olan Şəhər Məclisi tərəfindən qəbul edilir.