Paleoiqlim

Paleoiqlim - (rus. Палеоклиматология) Bitki örtüyünün tərkibinə görə Azərbaycanın iqliminin təkamülündə üç mərhələ və 28 faza ayrılmışdır.

Daşkömür dövrü

Eopleystosen mərhələsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda bu mərhələyə Abşeron əsri (1,8-0,73 mln il) daxildir. Bu mərhələ zəngin spor-tozcuq məlumatları və bitki yarpaq qalıqlarının çoxluğu ilə səciyyələnir. L.S. İsayeva-Petrovanın (1972, 1973) və İ.Y.Filipovanın (1987) məlumatlarına görə 5 №li buruq quyusundan (Kürün mənsəbindən şimala doğru), Bakı arxipelaqı (Çilov və Bulla) və Abşeron yarımadası (Yasamal dərəsi, Sabunçu) ərazisində təyin edilmişdir. Ümumiyyətlə bu bölgələrdən alınmış məlumatlara əsasən bu mərhələdə Azərbaycanın iqlimi daha isti və rütubətli olmuşdur.

Spor-tozcuqların müqayisəsi birinci mərhələdə 7 iqlim fazası ayırmağa imkan verir.

1-ci İqlim fazası (1,8-1,6 mln il)

[redaktə | mənbəni redaktə et]

Alt Abşeronun alt hissəsinə müvafiq gəlir. Spor-tozcuqların tərkibində tündrənglilərə nisbətən tsuqanın üstünlüyü və taksoidlərin iştirak etməsi iqlimin rütubətli olmasını göstərir. Bu zaman tündrənglilərin əsasını küknar təşkil etmişdir. Spor-tozcuqların tərkibində palıd ağacının tozcuqlarının iştirak etməməsi, vələs və fındığın nisbətən üstünlük təşkil etməsi sübut edir ki, ortadağlıq ərazilər, əsasən, vələs ağacları ilə örtülü olmuşdur. Dağətəyi və düzənlik bölgələr seyrək meşəlikdən ibarət olmuşdur. Alınmış nəticələr göstərir ki, iqlim fazasında orta yanvar temperaturu 50 °C, iyul 250 °C, illik yağıntıların miqdarı 2000 mm olmuşdur.

2-ci iqlim fazası (1,6-1,3 mln il)

[redaktə | mənbəni redaktə et]

Alt Abşeronun üst hissəsini əhatə edir və Bulla adası, 5 №-li buruq quyusu Abşeron yarımadası və Azıx kəsilişlərinin palinoloji məlumatlarına əsaslanır. Bu kəsilişlərin spor-tozcuqlarının tərkibi bu faza zamanı iqlimin soyuqlaşması və yağıntıların azalması ilə səciyyələnir. Spor-tozcuqların tərkibi göstərir ki, orta yanvar temperatur 10 °C, iyul temperatur 190 °C, yağıntılar isə 1100 mm-ə qədər aşağı düşmüşdür.

3-cü iqlim fazası (1,3-1,15 mln il)

[redaktə | mənbəni redaktə et]

Orta Abşeronun alt horizontuna müvafiq gəlir. 5№-li buruq quyusu (faza II), Abşeron yarımadası (faza II) və Azıx mağarası kəsilişlərində öyrənilmişdir. Bu kəsilişlərin spor-tozcuqları göstərir ki, bu zaman bitki örtüyü daha zəngin olmuşdur. Bitki örtüyünün tərkibi göstərir ki, yağıntılar çoxalır və istiləşmə baş verir.

4-cü iqlim fazası (1,15-1,05 mln. il)

[redaktə | mənbəni redaktə et]

Üst Abşeronun orta horizontunu əhatə edir. Bulla adasının (III faza), 5 №-li buruq quyusu (III faza), Abşeron yarımadası (III faza) kəsilişlərinə əsasən öyrənilmişdir. Azıx mağarası kəsilişinin bitki örtüyünün tərkibi göstərir ki, meşənin yuxarı sərhəddi 800–1000 m aşağı düşmüşdür (Veliçko və s. 1980). Bu göstəricilər sübut edir ki, bu zaman soyuqlaşma baş vermişdir.

5-ci iqlim fazası (1,05-0,95 mln il)

[redaktə | mənbəni redaktə et]

Orta Abşeronun alt horizontunun üst hissəsinə müvafiq gəlir. Dördüncü iqlim fazasının kəsilişləri üzrə öyrənilmişdir. Bundan əlavə MingəçevirŞəki rayonları kəsilişlərindən toplanan yarpaq qalıqlarının məlumatlarından (Əlizadə və s. 1966) istifadə edilmişdir. Bu kəsilişlərdən alınmış məlumatlar göstərir ki, 5-ci iqlim fazası formalaşarkən yanvar temperaturu 5-6 °C, iyul temperaturu 21-23 °C, illik temperatur 13-14 °C təşkil etmişdir. İllik yağıntılar 900–1100 mm-ə qədər azalmışdır.

6-cı iqlim fazası (0,95-0,85 mln il)

[redaktə | mənbəni redaktə et]

Üst Abşeronun alt horizontuna müvafiq gəlir. Bulla adası, 5№-li buruq quyusu, Abşeron yarımadası kəsilişləri üzrə tədqiqat aparılmış və onların spor-tozcuq tərkibi göstərir ki, bu zaman 2 °C soyuqlaşma və rütubətin artması müşahidə edilir.

7-ci iqlim fazası (0,85-0,73 mln il)

[redaktə | mənbəni redaktə et]

Üst Abşeronun üst hissəsinə müvafiq gəlir. Azıx mağarası, 5№li buruq quyusu və Bulla adası kəsilişlərinə əsasən öyrənilmişdir. Bu kəsilişlərin spor-tozcuqları göstərir ki, meşə örtüyünün yuxarı sərhəddi genişlənmiş, tozağacının yayılma arealı məhdudlaşmış, enliyarpaqlıların yayılma arealı genişlənmişdir. Bu da sübut edir ki, 7-ci iqlim fazası formalaşarkən kifayət qədər istiləşmə baş vermişdir.

Ümumiyyətlə sonuncu iqlim fazası göstərir ki, Abşeron əsrində Xəzər dənizində geniş transqressiya baş vermişdir. Bu da iqlim və yağıntıların yüksəlməsi ilə əlaqədar olmuşdur.[1]

  1. Azərbaycan Respublikasının Coğrafiyası. I cild "Fiziki coğrafiya" Bakı, 2015