Pançen-lama (tib. པན་ཆེན་བླ་མ་, Vayli: pan chen bla ma, çin. 班禪喇嘛) — Tibet Buddizminin Qeluq məktəbindəki Dalay-lamadan sonra ikinci ən böyük lama.[1] Pançen-lama, XVII-ci əsrin əvvəllərindən bəri mövcud olan yenidən doğuşlar (tulku) xəttidir. Bu xəttin nümayəndələri Amitabha Buddanın emanatları hesab olunur. "Pançen-lama" sanskrit dilindən paṇḍit (pandit, alim) və tibet dilindən chen (böyük) "böyük alim" deməkdir.