Panaqiotis Qionis

Panaqiotis Qionis (7 yanvar 1980) — Yunanıstanı təmsil edən stolüstü tennisçi.[1]

Panaqiotis Qionis
Şəxsi məlumatlar
Vətəndaşlığı Yunanıstan Yunanıstan
Doğum tarixi (44 yaş)
Doğum yeri Afina, Yunanıstan
Boyu 188 sm.
İdman növü Stolüstü tennis

Karyerası[redaktə | mənbəni redaktə et]

Panaqiotis Qionis Yunanıstanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.

Daha sonra Panaqiotis Qionis Yunanıstanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.

Panaqiotis Qionis Yunanıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.

Daha sonra Panaqiotis Qionis Yunanıstanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "Panagiotis Gionis". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.