Panda pornoqrafiyası və ya panda pornosu – pandaların cütləşmə anlarını əks etdirən videomaterial. Panda pornoqrafiyası zooparklarda saxlanılan böyük pandaların cinsi istəklərini gücləndirmək üçün istifadə olunur. Zooparklarda saxlanılan heyvanlarda çoxalma istəyi azaldığı üçün nadir heyvan növləri nəsilkəsilmə təhlükəsi ilə qarşı-qarşıya qalır.[1]
Panda pornoqrafiyasından istifadə 2009-cu ildə Tailand zooloqları tərəfindən aparılmış eksprementdən sonra populyarlaşmışdır. Onlar Çanmai zooparkında saxlanılan bir neçə böyük pandaya başqa pandaların cütləşmə anını əks etdirən videolar göstərmişdilər.[2][3] Təcrübəni aparan tədqiqatçılar heyvan pornoqrafiyasının çoxalmağa müsbət təsir göstərdiyini və belə bir uğurun heç Çində əldə olunmadığını bildirmişdirlər.[4] Təcrübəin həyata keçirilməsindən 10 aylıq period ərzində 31 panda balası doğulmuşdur. Pandaların cinsi istəklərini artırmaq üçün viaqradan istifadə etmək kimi metodlar isə uğursuz olmuşdu.[5]