Pansori (kor. 판소리 - phansori) — müğənni ilə davulçü tərəfindən ifa edilən Koreya musiqili nağılbazlıq janrı.
Cənubi Koreya hakimiyyəti pansori müğənniləri yaşayan milli xəzinə olduğunu sayır.[1] 2003-cü ildə o, UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.[2]
Pansori sözü phan (kor. 판) və sori (kor. 소리) sözlərdən ibarətdir. Phan sözünün müxtəlif mənaları var və tədqiqatçılar onun bu sözdə nə məna daşıdığı haqqında razılıqda deillər. Mənalardan biri toplaşmadır, başqası isə fərqli tonlarda bəstələnən mahnıdır. Sori sözü isə səs demək.[3]
Pansori əsli XVII əsrdən (Coson krallığı dövrü) gəlir. İnanılır ki, ən ərkən pansori ifaçıları şamanlar ilə küçə artistləri, izləyiciləri isə aşağı sinif insanlar idilər.[4] Koreya yarımadanın hansı hissəsindən gəldiyini bilinmir, halbuki onun inkişafı Honam bölgəsində baş verirdi.[5]
İnanılır ki, təxminən XVIII əsrin ortasında, pansori artıq cəmiyyətin yuxarı siniflərin tərəfindən də qəbul ounmuşdu. Bunun sübutlarından biri odur ki, yanban sinifindən olan Yu Cin Han 1754-cü ildə Honamda ifa olunan məşhur Çunhyanga pansorinin mətnini yazdırıb. Bu onu göstərir ki, o vaxt yuxarı siniflərin nümayəndələri pansori çıxışlara gedirdilər.[6][7]