Papanaqioti binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 18 ünvanında yerləşir. 1992-ci ilin 18 dekabr tarixli № 301 qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.
Papanaqioti binası | |
---|---|
rus. Дом Папанагиоти | |
47°12′43″ şm. e. 38°55′48″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1860-cı illər |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin ikimxi yarısında Taüanroq şəhəri İyalyanski küçəsi ev 18 ünvanın iki mərtəbəli villa inşa edilmişdir. 1860-cı illərdə bina yunan əsilli Dmitri Papanaqiotinin vərəsələrinə mənsub olmuşdur. 1880-ci illərdə vərədələr binanı Yelena Çanqli-Çanykinskiyə satmışdır. . Bu soyad təmsilçiləri binaya 1890-cı illərə qədər dahib olmuşlar. Sonradan binaya I gildiya taciri Pavloviç Sifneo sahiblənmişdir. O, ağ çiyərində olan soyuqdəyşədən 71 yaşında həyatını itirmişdir. Tacir Xumsomale İvanovna ilə ailə həyatı qurmuşdur. Onların Aristid adlı bir oğlan uşağı vardı. Fyodr Pavloviçin qardaşı taxıl ticarət ilə məşğul olurdu. Onların ikisidə Taqanroqda çörək ticarətində çalışırdılar.
1915-ci ildə binanın qiyməti 12000 rubl olaraq qiymətləndirilirdi. Sovet hakimiyyəti illərində isə bina milliləşdirilmişdir.
Ev 18 ünvanında yerləşən bina iki mərtəbədən ibarət olaraq kərpiçdən inşa edilmişdir. Bina yarımzirzəmiyə sahibdir. Fasadında beş pəncərəyə sahibdir. Binanın mərkəzi üçkünc dekor vardır. Binanın mərtəbələr arası karnızlərlə bəzədilmişdir. Pəncərələrin kənarlatı düzbucaqlıdır. Pəncərələrin aşağı hissələri qəsr daşları ilə işlənmişdir. Binanın girişi həyətə açılır[1].
Hazırda bu yaşayış binasının sağ hissəsində metal darvaza vardır ki, onunda ətrafında daş dirəklər vardır. 1992-ci ilin 18 dekabr tarixli № 301 qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.